"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert
1 avqust 2026
# 13:40

Bu gün fransız əsilli kanadalı yazlçı Anne Hebertin doğum günüdür.

Kulis.az onun "Kamouraska" romanından sitatları təqdim edir.


Ağlını itirmək budur məhz. Özünü bir röyaya qapdırmaq... Ona yer vermək, onun vəhşicəsinə və qatı şəkildə böyüməsinə imkan yaratmaq - ta ki səni sürütləyənə qədər...

***
Əllərimi bir-birinə vururam. Bu qüvvəni, bu enerji selini haradan alıram? Ruhları qovmaq üçün. Qorxularımı dağıtmaq üçün. Yuxunu nizama salmaq üçün. Müəyyən bir tarazlığı qoruyub saxlamaq üçün...

***

Mənim sevgilim, mən buradayam. Kamouraskanın o körfəzində işini bitirənə qədər ömrüm boyu gözləyəcəyəm. Qana bulandığın əllərini yuyub yanıma qayıdana qədər.

***

Burada istədiyim kimi gizlənə bilirəm. Günlərlə elə gizlənə bilərəm ki, var olub-olmadığım bilinməz; hətta bunu özüm də yaxşı bilmərəm. Orada, yuxarıda özümə qapanıram. Oxuyuram, yatıram, yuxu görürəm. Heç tərpənmirəm də.

***

İlahi, məgər içimizdə heç nə heç vaxt silinib yoxa çıxmır? Elə hey heç nə olmamış kimi yaşayırıq, sonra qəfil ürəyimizin dərinliyindəki zəhər qalxıb səthə üzə çıxır.

***

Və indi gəlin hərəkətə gəlir. Ərinin qolundan yapışmış, karetə minən kiçik bir mexaniki kukla. Ağ ipək corabı, zərif ayaqqabısı...

***

İkimiz də eyni sərsəmlik içində birlikdəyik, eyni ağır iş üçün bir qoşquya qoşulmuşuq. Birlikdə sularda süzürük. Okeanın dibindən cüzi xəzinələrini qoparmaq üçün nəhəng torlarımız dibi qaşıyır. Dəlinin yaddaşı səhv etmədən midyə qabıqları kimi təfərrüatları da sürüyüb üstdə çıxarır.

***
Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə...

# 630 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər