"İnsan qırxayağı" filminin rejissoru pərəstişkarları ilə vidalaşır: "Sonum yaxınlaşır"

"İnsan qırxayağı" filminin rejissoru pərəstişkarları ilə vidalaşır: "Sonum yaxınlaşır"
31 iyul 2026
# 17:00

Kult "İnsan qırxayağı" (The Human Centipede) bodi-horror filminin müəllifi, niderlandlı rejissor Tom Siksin faciəvi taleyi məlum olub.

Kulis.az xəbər verir ki, "Variety" nəşrinin məlumatına görə, kinematoqrafçı pərəstişkarları ilə vidalaşmaq qərarına gəlib.

O, özünün "Tom Siksin sonu" (The End of Tom Six) adlı sonuncu filminin nümayiş olunacağını elan edib. Müəllif ekran işini avqustun 15-də müstəqil şəkildə "YouTube" platformasında və DVD formatında yayımlayacaq.

Siks bildirib ki, "Onaniya klubu" (The Onania Club) adlı son bədii filmini yayımlaya bilməməsi onun səhhətinin pisləşməsinin əsas səbəbi olub.

Rejissorun nümayəndələri qeyd ediblər:

"O, 14 il ərzində dağınıq sklerozdan əziyyət çəksə də, diaqnozunu sirr olaraq saxlayıb. "İnsan qırxayağı" trilogiyasından sonra o, 2019-cu ildə "Onaniya klubu" adlı yeni bir satirik film çəkdi. Fanatların premyera tələblərinə və müsbət rəylərə baxmayaraq, politkorrektliyin dominantlıq etdiyi kino sənayesi bu filmə yaxın durmaqdan imtina etdi. Uzun sürən və həddindən artıq gərgin keçən bu mübarizə onun xəstəliyini sürətləndirdi və orqanizmini o dərəcədə məhv etdi ki, o, artıq ömrünün sonuna yaxınlaşır".

Məlumata görə, "Tom Siksin sonu" kino layihəsi üçün rejissor səhhətinin necə pisləşməsini lentə alıb.

Mətbuat açıqlamasında bildirilir:

"Altı il ərzində o, Amsterdamdakı evinin qaranlığında, tam təcrid olunmuş vəziyyətdə yaşayıb. İtirəcək heç nəyi qalmamışdı və sonuncu dəfə nəsə yaratmaq ideyasına aludə olmuşdu. Aktyorların da iştirak etdiyi, qızdırmalı bir yuxunu xatırladan bu əyləncəli sənədli film mövcudluğun absurdluğundan, kino sənayesindən, onun öz ölümündən və yaradıcılıq azadlığının məhdudiyyətlərindən bəhs edir. Əzab çəkən sənətkar mifi sadəcə bir əfsanə deyil".

Tom Siks kimdir?

Tom Siks (Tom Six) 29 avqust 1973-cü ildə Niderlandda anadan olmuş kinorejissor, ssenarist və prodüserdir. O, xüsusilə dünya kinosunda ən qalmaqallı, iyrənc və qeyri-adi ekran işlərindən biri hesab olunan "İnsan qırxayağı" (The Human Centipede) bodi-horror trilogiyası (2009, 2011, 2015) ilə məşhurluq qazanıb. Siksin filmləri əsasən qara yumor, bədən transformasiyası və cəmiyyətdəki tabu mövzularına sərt formada toxunması ilə seçilir. Layihələri tənqidçilər və cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, qorxu janrının həvəskarları arasında özünəməxsus kult statusu əldə edib.

# 773 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər