Şərləndi, erməni hakim ona 8 il iş kəsdi, ən yaxşı mahnısını həbsxana yazdı – Bəstəkarımızın film kimi həyatı     

Rəşid Nəsiboğlu

Rəşid Nəsiboğlu

25 noyabr 2021
# 12:30

Kulis.az bəstəkar Rəşid Nəsiboğlu haqqında maraqlı faktları təqdim edir.

Rəşid Əfəndiyev 1943-cü ildə Bakıda, İçərişəhərdə yazıçı Nəsib Əfəndiyevin ailəsində dünyaya göz açıb.

***

Elə orta məktəb illərindən o, musiqiyə həvəs göstərib. Rəşid Nəsiboğlu Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin sinfində bəstəkarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında "Sevgilim" vokal-instrumental ansamblının bədii rəhbəri olub.

***

1981-ci ildə Rəşid Nəsiboğlunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "İRS" qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Azərbaycanın ən qədim musiqilərini bərpa edən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməz populyarlıq qazanır.

Teatrın təqdim etdiyi proqram həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda çoxsaylı mükafatlara layiq görülür. "İRS" teatrı Birinci Zaqafqaziya xalq musiqisi festivalının əsas ödülünü – Böyük mükafatı qazanır. Daha sonra Neapolda San-Karlo teatrının Qızıl medalına, İran İslam Respublikasında keçirilən "Fəcr" beynəlxalq musiqi festivalının mükafatına layiq görülür. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinində ekspozisiyalardan biri "İRS" teatrına həsr olunur. Qısa zamanda teatrın fəaliyyəti sovet və xarici mətbuat səhifələrində işıqlandırılır. "İRS"in hazırladığı proqram respublika və mərkəzi televiziyada, həmçinin xarini telekanallarda nümayiş olunur.

***

1981-ci ildə ansambl dövlət statusu alaraq məşhurlaşmağa başlayır. Ansanblda “Almanı alma gəlin”, “Cığey-cığey” adlı qədim xalq mahnılarını bərpa edərək yenidən işləyir.

***

Bəstəkar Rəşid Nəsiboğlu müxtəlif janrlarda, o cümlədən simfonik janrda olan bir çox musiqi əsərlərinin, bir sıra televiziya filmlərinə, eləcə də "Qız qalası" cizgi filminə yazılmış musiqinin müəllifidir. Amma bəstəkara daha çox populyarlıq gətirən mahnı janrında yazdığı əsərlər olub.

***

Rəşid Nəsiboğlu Sveta adlı xanımla ailə qurub. Bu evlilikdən onun iki övladı dünyaya gəlib.



Bir müddət sonra o, dövlət televiziyasında işləməyə başlayır. Qayğısız gənclik illəri, qızğın yaradıcılıq çağları da elə o dövrlə başlayır. Rəşid Nazim Hikmətin sözlərinə “Ceviz ağacı” adlı ilk romansını yazır. Ancaq bu romans türkçülük ideologiyasının təbliği iddiası ilə efirə buraxılmır.

***

Bununla yanaşı onun “Zarafat” mahnısı da efirə buraxılmır. Elmira Rəhimovanın ifasında səslənən bu mahnı haqqında deyilir ki, Sovet dövrünə ironik baxış sərgilənir.

***

“İrs”lə qastrola çıxan zaman bəstəkara deyilir ki, casusluq etsin. Ancaq o, bu təklifi rədd edir. Buna görə onu incidirlər, bir neçə dəfə şərləyirlər. Növbəti səfərlərin birində yalançı şahidlərin hesabına Rəşid Nəsiboğlunun rüşvət aldığı deyilir. Bəstəkar həbs olunur. O, erməni hakimin çıxardığı qərara əsasən o, 8 il müddətinə həbs olunur.

***

1 il səkkiz ay davam edən məhkəmə prosesində o, həbsdə olur. Bir müddət sonra Moskvada onun işinə yenidən baxılır və bəstəkar bəraət alır.

Həbsxanadakı şahidlərin sözlərinə görə Rəşid həbsxanada olarkən kiçik taxta parçası üzərində özünə pianino şəkli çəkir. Və bu pianino şəkli üzərində musiqi ifa etmədən mahnılar bəstələyir. Məşhur “Limanda” mahnısının da həbsdə yazıldığı deyilir.

***

Bəstəkar bu musiqini məhz Mirzə Babayevə həsr edib. Mirzə müəllim müsahibələrinin birində deyir: “Bir gün mahnını mənə qulaq asdırdı, dedi, papaşa bir bunu dinlə. Necə çaldısa, ürəyim guppuldamağa başladı. Dedi, papaşa bunu səndən başqa heç kim ifa edə bilməyəcək.

***
Bəstəkar Rəşid Nəsiboğlu müxtəlif janrlarda, o cümlədən simfonik janrda olan bir çox musiqi əsərlərinin, bir sıra televiziya filmlərinə, eləcə də "Qız qalası" cizgi filminə yazılmış musiqinin müəllifidir. Amma bəstəkara daha çox populyarlıq gətirən mahnı janrında yazdığı əsərlər olub. "Limanlar", "Şirin xəyal", "Gecə yaman uzundur", "Bəlkə də", "Odlar diyarı","Bəyaz gecələr", "Zarafat", "Görəsən", "Təbrizə yenə də yağışlar yağır" kimi mahnılar günü bu gün də sevilə-sevilə dinlənilir. Ancaq onun yaradıcılığının ən sevilən və məşhur mahnısı Mirzə Babayevin ifasında səslənən məşhur “Limanda” mahnısı olur.

***

Rəşid Nəsiboğlu 1993-cü il dekabrın 30-da 51 yaşında vəfat edir.


# 9844 dəfə oxunub

Müəllifin son yazıları

# # #