Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır

Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır
3 iyul 2024
# 15:25

XXI Əsr Dəniz Əməkdaşlığı Komitəsi və Xarici Ölkələrlə Dostluq üzrə Fuçjou Xalq Assosiasiyasının sponsorluğu ilə keçirilən Üçüncü İpək Yolu Beynəlxalq Gənclər Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır.

Kulis.az xəbər verir ki, iştirakçılar müsabiqədə iştirak etmək üçün avqustun 31-dək müraciət edə bilərlər. Bu il “Qədim ipək yolu” və “Gənclər mədəniyyətdə” mövzularına fokuslanan müsabiqəyə mədəni irs, mətbəx mədəniyyəti, tarixi binalar və abidələr, dəniz mədəniyyəti, ətraf mühit, məşhur tarixi şəxsiyyətlər və s. daxildir.

Müsabiqə iki kateqoriyadan ibarətdir: Fotoqrafiya və qısa videolar. Müsabiqədə 12-20 yaş arası yeniyetmə və gənclər iştirak edə bilərlər.

Müsabiqədə iştirak pulsuzdur.

Yarışmaya qatılmaq istəyənlər ərizəsini [email protected] elektron poçtuna göndərə bilər. İştirakçı 2-dən çox iş təqdim edə bilməz.

Göndərilən əsərlər orijinal və nəşr olunmamış olmalıdır. Qəbul olunan işlər geri qaytarılmayacaq.

Video işi 3 dəqiqədən çox olmamalıdır. Çin və ya ingilis dilindən başqa dillərdə hazırlanmış videolar Çin və ya ingilis dillərində subtitrlərlə təmin edilməlidir.

Hər hansı sual yaranarsa, [email protected] və ya [email protected] elektron ünvanları ilə əlaqə saxlaya bilərsiniz.

# 258 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #