Musiqiçilərdən ittiham: "Bizdən izahatlar alındı, ancaq nəticəsiz qaldı"

Musiqiçilərdən ittiham: "Bizdən izahatlar alındı, ancaq nəticəsiz qaldı"
19 noyabr 2025
# 11:07

Bir qrup sənət adamı İctimai Televiziyaya açıqlamasında dövlət tədbirlərinə dəvət olunmaması ilə bağlı narazılıqlarını bildirib.

Kamança ifaçısı Şəhriyar Musayev bildirib ki, son altı ay ərzində ifaçılardan izahatlar alınıb:

“Bu altı ay ərzində bizdən izahatlar götürüldü. Bir çox ifaçılar, Pərviz Qasımov, Almaxanım Əhmədli, Mənsum İslamov və bir çox sənətçi dəvət olundu, bizlə daxili nəzarət şöbəsi əlaqə saxladı, izahatlar alındı, ancaq nəticəsiz qaldı”.

Müğənni Təranə Mahmudova da dövlət tədbirlərindən kənarda saxlanıldığını deyib:

“Artıq neçə ildir caz-vokalla məşğulam, ancaq heç bir dövlət tədbirində yoxam. Azərbaycanı təmsil etmək istəyirəm. Neçə dəfə müraciət eləmişəm. Caz konsertlər vermişəm, məşhur musiqiçilərini konsertimə dəvət etmişəm. Mənim hazır qrupum da var”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimova açıqlamasında tədbirlərin seçilmə mexanizmini belə izah edib:

“Bu formatın özünün xüsusi tələbləri var. Hər bir konsert, tədbir təşkil olunanda ekspertlər qrupu tərəfindən onun özünün konsepsiyası müəyyənləşdirilir. Ekspertlər qrupuna sənətşünaslar, sənət adamları daxildir. Onların fikirlərinin öz çəkisi var. Bunun əsasında proqram təşkil olunur”.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov isə yaradıcı mühitdə dialoqun vacibliyini vurğulayıb:

“Hazırda yaradıcı fəaliyyət üçün geniş imkanlar var. Xüsusilə də beynəlxalq miqyasda. Biz, məncə, bundan sonra da öz həmkarlarımızla, mədəniyyət xadimlərimizlə dialoqda olmalıyıq. Ola bilməz ki, biz hər şeyi hamıdan yaxşı bilək. Biz mədəniyyəti hamımız bir yerdə qururuq. Bunun üçün biz daha sıx əməkdaşlıq etməliyik”.

# 829 dəfə oxunub

Oxşar xəbərlər

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

12:30 11 aprel 2026
“Zamanın qanadlarında. Vüqar Əli”  - Milli İncəsənət Muzeyində

“Zamanın qanadlarında. Vüqar Əli” - Milli İncəsənət Muzeyində

12:15 11 aprel 2026
Macar ədəbiyyatının kədərli dahisi - Attila Jozef haqqında maraqlı faktlar

Macar ədəbiyyatının kədərli dahisi - Attila Jozef haqqında maraqlı faktlar

10:30 11 aprel 2026
Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər