“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının builki ilk sayı nəşr olundu

“Azərbaycan ədəbiyyatşünaslığı”  jurnalının builki ilk sayı nəşr olundu
19 noyabr 2025
# 13:18

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi əsərləri seriyasından çap olunan “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2025-ci il üçün ilk sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsisçiliyi ilə dərc olunan jurnalın baş redaktoru Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovadır.

Redaksiya heyətinə AMEA-nın həqiqi və müxbir üzvləri, eləcə də tanınmış alimlər – İsa Həbibbəyli, Teymur Kərimli, Nüşabə Araslı, Tehran Mustafayev, Məhərrəm Qasımlı, Asif Rüstəmli və başqaları daxildir.
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətində Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Rusiya, Hindistan, Polşa və Monqolustandan alimlər yer alıblar.

Yeni sayda Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinə, ədəbi şəxsiyyətlərə, poetik və nəzəri məsələlərə həsr olunan geniş elmi məqalələr təqdim olunub. Məqalələr arasında “Azərbaycan ədəbiyyatında “Aralıq ədəbı nəsil” və “Altımışıncılar” mərhələsi, yaxud sərt realizm – modernism dövrü”, Fikrət Qocanın poetikası”, “Molla Nəsrəddin” jurnalı və Fransa ədəbiyyatı”, "Aşıq Ələsgər yaradıcılığında qadın obrazının yeni aspektdən təsviri”, ”Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatına elmi-nəzəri baxış”, eləcə də müasir Azərbaycan nəsri və poeziyasında yeni axtarışlara dair araşdırmalar yer alır.


# 115 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər