Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.
Kulis.az xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində keçirilir.
Mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-ü 96 yaşında vəfat edib.