Azərbaycan Yazarlar Birliyi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış tərcüməçi-publisist Səməd Behrənginin 80 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirin ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Sayman Aruz nakam yazarın ömür yolu haqqında məlumat verib.
Azərbaycan Yazarlar Birliyinin katibi İlqar Fəhmi, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı, şair-publisist Əjdər Ol, Yunus İmrə İnstitutunun direktoru Cihan Özdəmir, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri İrfan Çiftçi şairin həyat və yaradıcılığından söz açıblar.
- Anama gələn pullu elçi – YENİ HEKAYƏ
- Amerika Prodüserlər Gildiyası Mükafatları - Siyahı
- Gözəl qadını dəvəyə oxşatmaq... - LAYİHƏ
Bildirilib ki, həyatının sonuna qədər kənd müəllimi kimi işləyən S.Behrəngi qısa zaman kəsiyində böyük yazar, publisist, tərcüməçi kimi tanınıb.
Tədbir ədəbi-bədii hissə ilə davam edib./azertag.az/