Tanınmış mədəniyyət xadimi vəfat etdi

Tanınmış mədəniyyət xadimi vəfat etdi
25 avqust 2026
# 12:50

Fransalı tanınmış jurnalist, tele-radio aparıcısı və mədəniyyət xadimi Filipp Buvar 95 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, altmış ildən çox davam edən zəngin karyerası ərzində 30 mindən çox məqalə və 50-dən çox kitab qələmə alan usta qələm sahibi, eyni radio stansiyasında (RTL) ən uzun müddət proqram aparan şəxs kimi dünya rekordunu əlində saxlayırdı.

O, xüsusilə yaradıcısı olduğu "Les Grosses Têtes" və "Le Petit Théâtre de Bouvard" verilişləri ilə saysız-hesabsız aktyor və komikin karyerasına cığır açıb.

Fransa Prezidenti Emmanuel Makron sənətçinin vəfatı ilə bağlı başsağlığı verərək Fransanın "azad bir ruhunu" itirdiyini bildirib.

Makron paylaşımında Buvarın öz zəkası, azad üslubu və yumoru ilə fransızların yaddaşında dərin iz qoyduğunu vurğulayıb.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər