Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
24 avqust 2026
# 11:40

Kürd kinosu və teatrının görkəmli nümayəndəsi, aktyor, rejissor və mədəniyyət xadimi Muzaffar Şafei (Mozaffar Shafeie) uzun sürən xəstəlikdən sonra 70 yaşında Ankarada vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə məlumatı onun ailəsi ictimaiyyətə açıqlayıb.

1956-cı ildə Mahabadda anadan olan Muzaffar Şafei təhsilini Londondakı Dartinqton İncəsənət Kollecində tamamlayıb.

O, 1986-cı ildə Londonda Kürd Mədəniyyət Mərkəzinin təsisçilərindən biri olub.

Karyerası ərzində 30 il "BBC World Service"in fars bölməsində aparıcı, tərcüməçi və diktor kimi fəaliyyət göstərən sənətçi 1990-cı ildə Böyük Britaniya Kral Milli Teatrında səhnəyə çıxan ilk kürd aktyor kimi tarixə düşüb.

O, “HBO” istehsalı olan "House of Saddam", Kolin Farrell ilə birgə rol aldığı "Triage" və "Son of the Pink Panther" kimi beynəlxalq kinolayihələrdə yer alıb, həmçinin "Top Gear" verilişinin fars versiyasında Ceremi Klarksonu səsləndirib.

Yaponiyada "NHK World Radio"da çalışan və Tokioda "Intrigue Theatre" teatrını quran usta sənətçi kürd mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyasına mühüm töhfələr verib.

# 545 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər