“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olundu

“Musiqi kimliyimiz”  layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olundu
21 may 2024
# 18:40

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə keçirilən “Musiqi kimliyimiz” layihəsini növbəti dəfə təqdim edib.

Kulis.az xəbər verir ki, layihə bu dəfə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el havaları və dastanların mahir ifaçısı, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin xatirəsinə həsr olunub.

Tədbirdə çıxış edən Gəncəbasar Aşıqlar Birliyinin sədri Aşıq Saleh keçirilən layihəni yüksək qiymətləndirib.

“Musiqi kimliyimiz” layihəsinin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin, o cümlədən bir sıra aşıqların iştirakı ilə konsert proqramı keçirilib. Aşıq Rafiq, Aşıq Ramin, Aşıq Bəhruz və başqalarının çıxışı maraqla qarşılanıb.

# 391 dəfə oxunub

Müəllifin son yazıları

# # #