“Doğma torpaq” filminin premyerası olub

“Doğma torpaq” filminin premyerası olub
19 aprel 2025
# 10:00

Aprelin 18-də Nizami Kino Mərkəzində 44 günlük Vətən müharibəsindən sonra Qarabağ torpaqlarında çəkilmiş ilk tammetrajlı bədii film olan “Doğma torpaq”ın premyerası olub.

Kulis.az xəbər verir ki, filmin təqdimat mərasimində rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də digər qonaqlar iştirak ediblər.

Filmin istehsalı Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “Narimanfilm” kinostudiyasına aiddir.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safatdır.

Filmdə əsas obrazları Rüstəm Cəbrayılov və Alina Vorontsova (Rusiya) canlandırıblar.

Qeyd edək ki, ekran əsərinin süjet xəttinə görə hadisələr 1992-ci ildə cərəyan edir.

# 128 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #