Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
21 iyul 2026
# 12:30

Amerikalı musiqiçi, "Swing Your Daddy" mahnısının ifaçısı Cim Qilstrap 79 yaşında Los-Ancelesdə vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun ailəsinə istinadən TMZ portalı məlumat yayıb.

Musiqiçi iyulun 18-i şənbə günü təbii səbəblərdən dünyasını dəyişib.

TMZ-nin məlumatına görə, 50 ildən artıq səhnədə olan Qilstrap 25 qat "Qremmi" mükafatı laureatı Stivi Uanderlə əməkdaşlıq edən vokalçı kimi tanınırdı. O, həmçinin "Ən yaxşı kişi pop vokal ifası" nominasiyasında "Qremmi"yə namizəd göstərilən "You Are the Sunshine of My Life" mahnısının ərsəyə gəlməsində iştirak edib.

Bundan əlavə, Qilstrap ABŞ-də 1970-ci illərin "Good Times" sitkomunun musiqisinin ifaçısı kimi də məşhurdur. Onun hitləri arasında "Swing Your Daddy" və "I'm on Fire" mahnıları yer alır.

# 150 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər