Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı
28 oktyabr 2026
# 17:00

Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.

Kulis.az xəbər verir ki, teatrın yaradıcı şöbə müdürü, Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırladığı “İblis” tamaşası festivalın “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə mükafata layiq görülüb.

Oktyabrın 21-də Əndican Kukla Teatrının səhnəsində nümayiş olunan 40 dəqiqəlik tamaşa qeyri-ənənəvi səhnə dili, fərqli rejissor yozumu və aktyorların plastik ifadə imkanları ilə festival iştirakçılarının böyük marağına səbəb olub.

Janr olaraq plastik deşünçə kimi təyin edilən “İblis” insanın öz daxilindəki şəri görmək əvəzinə günahkarı başqalarında axtarmasından, hakimiyyət ehtirasından, mənəvi məsuliyyətdən və insan təbiətinin ziddiyyətlərindən bəhs edir. Əsərdə hadisələr sözsüz, aktyorların bədən dili, hərəkət, musiqi və işıq vasitəsilə təqdim olunur.
Tamaşa ənənəvi pantomima anlayışından fərqlənən bədii-estetik yanaşması ilə yerli tamaşaçıların və teatr mütəxəssislərinin diqqətini cəlb edib. Festival müddətində yaradıcı heyətlə görüşən iştirakçılar tamaşa haqqında təəssüratlarını bölüşərək Azərbaycan pantomima sənətinə böyük maraq göstəriblər.

Festivalın yekununda Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə mükafata layiq görülərək xüsusi diplom və festivalın mükafat heykəlciyi ilə təltif olunub.
Bununla yanaşı, TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən teatrın direktoru Yarməmməd Qurbanov, teatrın yaradıcı işlər üzrə direktor müavini Ceyhun Dadaşov və yaradıcı şöbə müdürü, tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədli) festivalda iştiraklarına və yaradıcılıq töhfələrinə görə xüsusi təşəkkür lövhələri ilə təltif ediliblər.

Azərbaycan Dövlət Pantomima Teatrı isə beynəlxalq festivalda iştirakına və verdiyi töhfələrə görə TÜRKSOY təşkilatının xatirə təltifinə layiq görülüb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu,quruluşçu rəssamı Xəyyam Səmmədov, xoreoqrafı əməkdar artist Səbinə Hacıyeva, işıq üzrə rəssamı Ramiz İsmayılov, musiqi operatoru Natella Bədəlovadır.

Səhnə əsərində Əməkdar artist Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Nuridə Musabəyli, Səbirə Həsənova, Elxan Şahaliyev, Solmaz Bədəlova, Cavad Nuriyev, Jalə Novruzova, Elmin Qiyaslı və Hüseyin İsmayılov ifa ediblər.

“İblis” tamaşasının beynəlxalq mükafata layiq görülməsi Azərbaycan teatr sənətinin, xüsusilə milli pantomima məktəbinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm yaradıcılıq uğurudur.

# 668 dəfə oxunub

Oxşar xəbərlər

“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

“Xanuma” tamaşası 100-cü dəfə nümayiş olundu

13:24 13 noyabr 2026
“Kamança 20/20” tamaşasının məşqlərinə başlanıldı

“Kamança 20/20” tamaşasının məşqlərinə başlanıldı

12:18 13 noyabr 2026
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

13:03 9 noyabr 2026
“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər