“BAFTA”da pulsuz biletlər qalmaqalı – Rəhbərlik qanunu pozub?

“BAFTA”da pulsuz biletlər qalmaqalı –  Rəhbərlik qanunu pozub?
29 oktyabr 2026
# 12:00

Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında (BAFTA) rəhbərliklə bağlı hüquqi mübahisə yaranıb.

Kulis.az xəbər verir ki, təşkilatın üzvlük şurasının sədri Maykl Priçett bəzi qəyyumların mükafat mərasimlərinə pulsuz qonaq biletləri almasının qanun pozuntusu ola biləcəyini iddia edib.

Priçettin sözlərinə görə, özü sifariş etdiyi hüquqi rəy belə biletləri təsdiqləyən və təşkilatın maliyyə hesabatlarını imzalayan şəxslərin xeyriyyəçilik və şirkət qanunvericiliyini pozmuş ola biləcəklərini göstərib. Onun iddiasına görə, qəyyumlar uzun illər film, televiziya və oyun mükafatlarına özləri ilə bir qonaq gətirmək imkanı əldə ediblər. Bəzi biletlərin dəyəri minlərlə funt sterlinqə çata bilir.

Mübahisənin mərkəzində hədiyyə biletlərinin təşkilatın maliyyə sənədlərində necə göstərilməsi dayanır. Priçett 2024 və 2025-ci illərin hesabatlarında qəyyumların heç bir əlavə fayda əldə etmədiklərinin qeyd edildiyini xatırladıb. O, mümkün vergi öhdəliklərinin də araşdırılmasını istəyib.

BAFTA rəhbərliyi isə qəyyumların mərasimlərdə təşkilatı təmsil etmək, qonaqları qarşılamaq və səfirlik funksiyalarını yerinə yetirmək məqsədilə iştirak etdiyini bildirir. Təşkilat 2025-ci ildə qəyyumların özləri ilə əlavə qonaq gətirməsi praktikasını dayandırıb və əvvəlki illərin məsələlərini araşdırmaq üçün müstəqil qiymətləndirmə qrupu yaradıb. Hələlik qanun pozuntusu barədə yekun qərar verilməyib.

# 424 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər