Xüsusi xidmət orqanlarından "ilham alan" yazıçılar – Həmid Herisçi yazır...

Xüsusi xidmət orqanlarından "ilham alan" yazıçılar – Həmid Herisçi yazır...
14 iyul 2021
# 12:40

Kulis.az şair-yazıçı-esseist Aqşin Yeniseyin açdığı “Müəllif və mətn” polemikasını Həmid Herisçi ilə davam etdirir və onun “Bədii mətni kim yazır?” yazısını təqdim edir.

Bədii mətni gərəsən kim yzır? Yazıçının özümü? Yoxsa gözəgörünməz bir həmkar?

Bax bu suallar, cavablı-cavabsız çağırılar ən qədim dövrlərdən başlayaraq, indiyədək dünya ədəbiyyatşünaslarını düşündürür.

19-cu əsrdən, Fransa yazarı Qustav Floberdən üzübəri Avropa, Amerika nəsrində belə bir nəticə hökm srür ki, bədii mətni yazar yox, mətnin, süjetin özü yazır. Buna elmdə “Flober nəsri” deyilir. Yəni, romanı elə romanın özü, onun süjeti yazır, müəllif öz mətnində yalnız həmmüəllifdir. Hekayəni də elə hekayənin özü, şeri də elə şerin özü qələmə alır.

Gýustaw Flober - Wikiwand

Tək Qərbdə deyil...

Qədim Şərqdə də oxşar formalist yanaşma hökm sürüb. Qədim Şərq şerini kim yazıb? Şairmi, yoxsa əruz vəzni? Bayatını, qəzəli, qəsidəni, rübaini də sanki müəllif yox janrın özü qələmə alıb.

Görünür, məhz bu səbəbdən dahi Şəms Təbrizi öz şerlərini yazmağı Cəlaləddin Rumiyə tapşırmış, özü “ənəlhəq” fəlsəfəsinə uyğun olaraq tam azad, geniş “laməkan”lığa qapanmışdı. Yəni, tək o - Şəms Təbrizi tam azad “sərbəst şeir”də nəfəs almağa üstünlük verirmiş.

Qayıdaq müasirliyə. Bəli, 19-cu əsrdən dünya nəsri bax bu “Flober üslubu” ilə inkişaf etsə də, şerdə mənzərə tam başqadır. Məhz o vaxtdan üzübəri dünya şerində - ilk növbədə Mayakovski, Nazım Hikmət, Uitmen şerlərində sırf müəllif şeri yarandı. Ədəbi formalar deyil, şerin sırf özü şeriyyətin əsasına qoyuldu.

Vladimir Maiakovski (1893-1930) - Centro de Estudos Russos - Universidade  de Coimbra

Buna “azad şer” deyilir.

Şəxsən mən, bax bu üslubun tərəfdarıyam. Şerin müəllifi məncə şerin təkcə özü yox, elə müəllifin özü olmalıdır.

20-ci əsrdə, ateizmi əlində bayraq tutan bəzi Avropa alimləri ilk növbədə Qvattari, Delez, Jak Derrida kimilər belə qərar verdilər ki, bəs guya bədii mətn tam dekonstruksiyalara məruz qalmalıdır. Guya Tanrı bədii mətnin canındadır. Tanrıdan yaxa qurtarmaq, guya bədii mətndən, süjetdən qurtarmaqla əlaqəlidir.

“Azad nəsr” bax bu cür şüarlarla dünya səhnəsinə sıçradı.

Davamçıları az deyil.

“Müəllifin ölümü” konsepsiyasına gəlincə, müəllifsiz mətn fikri, unutmayaq, dünya nəsrinə təkcə uğurlar yox, fəsadlar da gətirib. Misal üçün, indi nəşriyyatlar “kollektiv müəllif” üslubunu qondarıb. On-on beş yazar yığılır bir yerə, bir mətn üzərində işləyir, kitabın müəllifini isə nəşriyyat özü təyin edir.

Orxan Pamuk üç-dörd müəllif, köməkçi vasitəsi ilə nəşriyyatlara öz mətnlərini çatdırır.

Roman Polanski - Wikipedia

ABŞ kinorejissoru Roman Polanski özünün məşhur “The Ghost Writer” (Xəyali yazıçı) filmində göstərir ki, indiki Avropa ədəbiyyatında əksər kitabları üzərində adı gedən müəlliflər yox, arxa planda gizlənən adsız müəlliflər ordusu qələmə alır. Bunların əksəriyyəti isə artıq heç avropalılar da yox, Latın Amerikası, Hindistan, Pakistan, Şri-Lanka mənşəli gözəgörünməz kölgələrdir.

Yəni, “müəllifin ölümü” fikri plağiata, qondarmaçılığa da geniş meydan açıb, gəlin bunu da unutmayaq.

Bədii mətndə, bəli, razıyam, həmişə nəyinsə, kimsə gözəgörünməz əli hiss edilir. Bu əli, Şərqdə Allahın əli bilərdilər. Şərq şerindəki, təfəkküründəki “ilham, vəch, nida” və s. kimi doktrinlər deyir ki, fikir, mətn, şer, nəsr kimi nemətləri yazara, insana uca Allah verir.

Bu məqama yetişməyin yeganə yolu isə məhz Allaha sıx qovuşmaqdır. Bu səbəbdən indiki meyxanaçılar şerlərini ilhamla, vəchlə, ekstazla deyirlər. Düşünürlər ki, məhz sırf ekstaz, vəch məqamında şairə bədii mətn hədiyyə edilir.

Avropa nəsrində, gördüyümüz kimi, məsələ başqadır. Qərb mədəniyyəti “vəch, ilham, nida”nı bədii süjetlə əvəzləyib. Süjet həm də kino vasitəsi ilə tirajlanır. Hollivud məhz süjetlərə yiyələnərək, süjetləri yaradaraq dünyada vacib qüvvəyə çevrilib. Xüsusi xidmət qurumları da süjetləri sevərlər. Süjetləri öyrənərək, cinayətlərin üstünü açırlar, əməliyyatlar hazırlayırlar.

SEPAH took Suleymani's "revenge" from the US -

Kiçik misal. Hələ 2014-cü ildə "İsrail kinorejissorları" Qasem Süleymaninin oğurlanmısı ssenarisini “False Flag”(original title in Hebrew: כפולים‎) serialında məşqdən keçirmişdilər. Az sonra - 2020-ci ildə biz onun ölüm xəbərini aldıq. Rusiya səfiri Karlovun qətli də bir türk serialında - Nizama adanmış ruhlar”da hadisədən bir il öncə eyni şəkildə lentə alınmışdı.

İngilis kəşfiyyatı da eyni ssenari ilə çıxış edərək, yazarlarla sıx əməkdaşlıq edər. Bəli, M 6 kəşfiyyatı ilə Britaniya yazarları, Britaniya “Pen klub”u buna görə eyni pivəxanaları, barları, pabları bölüşürlər. Eyni masa arxasında otururlar.

Somerset Morm, Qrem Qrin ənənələri bax budur. Yəni, “müəllifin ölümü” konsepsiyası arxasında bir kölgə, kabus da dolaşır - yazarların gizli fəaliyyəti...

“Müəllifin ölümü” konsepsiyası bu səbəbdən detektiv, kriminal, casus romanlarının əsasında durur. Yəni bu mətnlərin gizli müəllifi artıq gözəgörünməz ilahi güclər deyil, banal xüsusi qurumlardır.

Gördüyünüz kimi problem ziddiyyətlidir. Hər yazar buna özünəməxsus cavab verir.

# 3538 dəfə oxunub

Müəllifin son yazıları

# # #