"Həbsdən qaçış" yenidən yayımlanacaq

"Həbsdən qaçış"  yenidən yayımlanacaq
23 oktyabr 2025
# 10:43

Məşhur “Həbsdən qaçış” serialı yenidən yayımlanacaq.

Kulis.az xəbər verir ki, “Hulu” platforması artıq layihəyə start verib.

Yeni ekran işində Emili Brauninq, Dreyk Rodcer, Lukas Geyc, Kleytın Kardenas, Cey Ar Born, Corci Flores və Mayls Ballok kimi aktyorlar çəkiləcək.

Süjet ABŞ-nin ən təhlükəli həbsxanalarından birində işləməyə başlayan keçmiş hərbçi qadının ətrafında cərəyan edəcək. Hadisələr orijinal serialın atmosferini qoruyacaq, lakin bu dəfə tamamilə yeni personajlar və fərqli hekayə təqdim olunacaq.

Qeyd edək ki, “Həbsdən qaçış” serialı ilk dəfə 2005-ci ildə “Fox” kanalında yayımlanıb və 5 mövsüm davam edib. Əsas rollari Ventuort Miller və Amori Nolasko canlandırıb.

# 2209 dəfə oxunub

Oxşar xəbərlər

Rüfət Əsədovun "Ananın duası"  sənədli filmi Moskva Yəhudi İcmasında  nümayiş olundu

Rüfət Əsədovun "Ananın duası" sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olundu

10:08 29 oktyabr 2026
“Harri Potter” serialının aktyor heyəti genişlənir:  Ceyms və Lili Potter də seçildi

“Harri Potter” serialının aktyor heyəti genişlənir: Ceyms və Lili Potter də seçildi

10:40 28 oktyabr 2026
Ceyms Qann superqəhrəman filmlərinin gələcəyindən danışdı

Ceyms Qann superqəhrəman filmlərinin gələcəyindən danışdı

10:20 28 oktyabr 2026
Tokio Film Festivalı başladı

Tokio Film Festivalı başladı

12:00 27 oktyabr 2026
“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

10:40 27 oktyabr 2026
"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər