“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi

“Star Trek”in ulduzu Uolter Keniq vəfat etdi
27 oktyabr 2026
# 10:40

“Star Trek” serialında Pavel Çexov obrazı ilə tanınan amerikalı aktyor Uolter Keniq 90 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, aktyor oktyabrın 25-də Los-Ancelesin Şimali Hollivud bölgəsindəki evində dünyasını dəyişib.

Onun vəfatı barədə məlumatı nümayəndəsi Zaxeri Makginis açıqlayıb. Aktyor son anlarında qızı və qohumu ilə birlikdə olub.

Qeyd edək ki, Keniq 1967-ci ildən etibarən “Star Trek”in orijinal serialında Pavel Çexov obrazını canlandırıb. Onun oynadığı Çexov obrazı kosmik gəmi "Enterprise"ın gənc rus naviqatoru kimi tamaşaçıların yaddaşında qalıb. Aktyor bu obrazı sonradan franşizanın yeddi bədii filmində də canlandırıb.

Keniqin yaradıcılığı yalnız “Star Trek”lə məhdudlaşmayıb. O, “Babylon 5” elmi-fantastik serialında Alfred Bester obrazına həyat verib, eləcə də ssenarist kimi fəaliyyət göstərib.

Xatırladaq ki, aktyor həyatının son illərində də kino fəaliyyətini davam etdirib. Keniq 2026-cı ildə Frank Krimin rejissorluğu ilə çəkilən “Mr. Fleischmann” qısametrajlı dram filmindəki roluna görə “Independent Shorts Awards” festivalının iyun–iyul mərhələsində “Ən yaxşı aktyor” nominasiyası üzrə “Platinum” mükafatına layiq görülüb. Filmdə o, valideynlərini Holokost zamanı itirmiş yəhudini canlandırıb.

# 103 dəfə oxunub

Oxşar xəbərlər

Tokio Film Festivalı başladı

Tokio Film Festivalı başladı

12:00 27 oktyabr 2026
"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər