Superqəhrəman kinolarından fərqli istiqamət seçən “Clayface” filmi Şimali Amerika prokatında ilk pilləyə yüksəlib.
Kulis.az xəbər verir ki, "DC Studios" istehsalı olan qorxu filmi debüt həftəsonunda təxminən 24 milyon dollar gəlir əldə edib.
Elizabeth Holmsun həyatından bəhs edən “You Can See Everything” sənədli filmi isə geniş prokata çıxdığı ilk həftəsonunda 19,5 milyon dollar qazanıb.
Sənədli filmin iki həftəlik ümumi gəliri 45,1 milyon dollara çatıb. Tamaşaçı marağının artması onun “Oskar”da ən yaxşı film nominasiyasına düşə biləcəyi barədə müzakirələri də gücləndirib.