Tokio Film Festivalı başladı

Tokio Film Festivalı başladı
27 oktyabr 2026
# 12:00

39-cu Beynəlxalq Tokio Film Festivalının açılışı Yapon kinosunun beynəlxalq mövqeyi və yeni nəsil filmlərin təqdimatı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Kulis.az xəbər verir ki, festival noyabrın 4-dək davam edəcək.

Tədbirdə 112 ölkə və ərazidən 204 film nümayiş etdirilməsi nəzərdə tutulur.

Açılış mərasimi Tokionun Hibiya bölgəsində keçirilib.

Açılış mərasimində Yaponiyanın baş naziri Sanae Takaiçinin video müraciəti də nümayiş olunub. O, kinonun müxtəlif ölkələr və mədəniyyətlər arasında anlaşma yaratmaq gücünü vurğulayıb.

Festivalın açılış filmi Takahisa Zezenin “Sukiyaki” musiqili dramıdır. Ekran işi beynəlxalq musiqi tarixində iz qoymuş, “Sukiyaki” adı ilə tanınan mahnının hekayəsinə müraciət edir. Festivalın diqqət mərkəzində isə “Godzilla Minus Zero” dayanır. Takasi Yamazakinin çəkdiyi film “Godzilla Minus One”ın davamıdır və Yaponiyada noyabrın 3-də kinoteatrlara çıxmalıdır.

Proqramın bağlanış filmi isə “Train to Busan”ın rejissoru Yon San-honun “Colony” adlı qorxu-trilleridir. Festivalın proqramı kommersiya kinosu ilə müəllif filmlərini bir araya gətirməyi hədəfləyir.

Beləliklə, Tokio yalnız yeni filmlərin nümayiş olunduğu məkan deyil, həm də Asiya kinosunun beynəlxalq bazara çıxışı və yaradıcı sənayelərin gələcəyi barədə müzakirə platformasına çevrilir.

# 473 dəfə oxunub

Oxşar xəbərlər

Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası

Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası

10:00 10 noyabr 2026
Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər