Rusiyadan yeni musiqi yarışması - Azərbaycan da iştirak edəcək

Rusiyadan yeni musiqi yarışması - Azərbaycan da iştirak edəcək
4 fevral 2025
# 10:00

Rusiya Prezidenti Vladimir Putin “İntervision” musiqi müsabiqəsinin 2025-ci ildə keçirilməsi haqqında sərəncam imzalayıb.

Kulis.az xəbər verir ki, müsabiqə “beynəlxalq mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə” keçiriləcək.

Baş nazirin müavini Dmitri Çernışenko isə tədbirin təşkilat komitəsinin sədri təyin edilib. Müsabiqə Moskvada keçiriləcək.

"Avroviziya"a analoq olaraq yaradılan “İntervision” musiqi müsabiqəsində Azərbaycan da daxil olmaqla 16 ölkə iştirakını təsdiqləyib. Həmçinin Çin, Braziliya, MDB ölkələri, Latın Amerikası və Asiyadan da iştirakçılar müsabiqəyə qatılacaq.

# 173 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #