"Düyməcik" tamaşasının oxunuş məşqlərinə başlanıldı

"Düyməcik"  tamaşasının oxunuş məşqlərinə başlanıldı
4 fevral 2025
# 15:02

Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Düyməcik" tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsəri danimarkalı yazıçı Xristian Andersonun eyniadlı əsəri əsasında hazırlanır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, tamaşanın quruluşçu rejissoru və tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə müvəqiyyətlər arzu edib.

Ayla Osmanovanın quruluşunda hazırlanan səhnə əsərinin quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gelbəniz Lətifova iştirak edirlər.

Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən "Düyməcik" nağılı insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.

# 2964 dəfə oxunub

Oxşar xəbərlər

“7 Ruh: Cənnətə”  adlı tamaşa nümayiş olundu

“7 Ruh: Cənnətə” adlı tamaşa nümayiş olundu

12:52 27 may 2026
“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

13:46 26 may 2026
Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

Uşaqların Müdafiəsi Günü yeni tamaşa: “Sehrli yaylıq”

15:03 25 may 2026
Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

Qılınc əvəzinə yaba sapı, qraf əvəzinə Kəbirlinski – Səs-küylü premyeranın pərdəarxası

12:00 25 may 2026
Milli Teatrda "Payız sonatası"  hazırlanır

Milli Teatrda "Payız sonatası" hazırlanır

16:01 23 may 2026
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

16:01 21 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər