Balaca tabutu balaca qız aparır ağlaya-ağlaya - Günün şeiri

Balaca tabutu balaca qız aparır ağlaya-ağlaya - Günün şeiri
4 fevral 2025
# 12:26

Bu gün məşhur fransız şair, yazıçı, kinossenarist Jak Preverin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun "Pişik və quş" şeirini təqdim edir.

Kənddə kədərlidir hamı:
Quş ölümcül yaralıdır.
Kənddəki yeganə quşun
Yarısını yeyib
Kənddəki yeganə pişik.
Və quş daha oxumur.
Pişiksə qanlı ağzını yalayıb
Toxluq içində xoşhallanır...
Quş ölür.
Onu basdırmaq qərarına gəlir kənd camaatı.
Pişik də dəvət olunub cənazə mərasiminə.
Balaca tabutu balaca qız
aparır ağlaya-ağlaya.
"Ah, bilsəydim ki, - pişik qıza deyir, -
Quşun ölümü sənə belə təsir edəcək,
Onu bütün yeyərdim...
Və sənə deyərdim ki,
Quş uçdu
Mavi dənizin o tayına,
Bəyaz işığın bitdiyi,
Qayıdışı olmayan yerə.
Onda sən daha az qəmlənərdin,
Və tezliklə
Bütün kədər silinərdi
Üzündən...".

Kim nə deyir desin,
Hər işi axıracan görmək lazımdır!

Tərcümə: Həmid Piriyev

# 3563 dəfə oxunub

Oxşar xəbərlər

Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

Tutmuş gözü məni, elə bil çöldə ov tutur - Qəzəllər

13:47 12 noyabr 2026
"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

"Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları"

12:32 12 noyabr 2026
"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." -  Əli Şirin Şükürlünün metamodern şeirləri

"Təkcə hissələrinin cəmindən ibarət deyilmiş var olan..." - Əli Şirin Şükürlünün metamodern şeirləri

15:00 11 noyabr 2026
"Qoy, mən də gəlim səninlə..."  - Yannis Ritsosdan şeirlər

"Qoy, mən də gəlim səninlə..." - Yannis Ritsosdan şeirlər

13:00 11 noyabr 2026
İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

İki qonşunun partiya sevdası - Rafiq Ələkbərin sərbəst esse-poeması

12:45 10 noyabr 2026
“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

“Şuşada sən qonduğun daşa pir deyəcəyəm" - Bayraq haqqında ən gözəl şeirlər

10:00 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər