“Əlvida kitab“ deməmək üçün birləşdilər

“Əlvida kitab“ deməmək üçün birləşdilər
12 sentyabr 2011
# 07:00
Amsterdam kitabxanasına girəndə sizi hamıdan əvvəl piano qarşılayır.

Özünüzə güvənirsinizsə, yaxşı ifa edərsinizsə, ətrafınıza insanlar toplaşacaq. Yox, yaxşı ifa etməsəniz, sizə heç fikir də verməyəcəklər.
Gənclər burda dərslərini oxuyur, qəzet, jurnalları vərəqləyir, internetdən faydalanır, söhbət edir, kinoya baxır, musiqiyə qulaq asırlar.

Acanlar kitabxananın kafesində yeyə-yeyə, həyətə açılan gözəl mənzərəyə tamaşa edərlər.

Çox az adam sakitlikdə kitabını oxumaq üçün bura gəlir.
Amsterdamlılar bu səkkiz mərtəbəli kitabxananın Avropanın ən böyük kitabxanası olduğu iddiasındadırlar. Bura təkcə kitab dünyası deyil, görüş nöqtəsi, əyləncə yeri, bir növ, modern meydandır.
Kitablarla dolu rəflərin arası isə çox vaxt boş olur. Qısası, artıq kitablar, Avropanın ən böyük kitabxanasında belə yetərli qədər populyar deyil!

Bizi həmişə narahat edir ki, niyə azərbaycalılar bu qədər az kitab oxuyur?

Gördüyümüz kimi, bütün dünya bu problemlə üz-üzə qalıb.
İndi kitabxanalarda başqa əyləncələr də fikirləşirlər ki, insanları cəlb edə bilsinlər.

Doğurdanmı kitab oxumaq istəməyənlərin sayı bu qədər çoxdur?
Facebookdakı saysız-hesabsız səhifələrdən birinin adı belədir: “I hate reading”. Yəni kitab oxumağa nifrət edirəm. Bu səhifəni bəyənənlərin sayı 450 mindən çoxdur.

Canlı kitablar

Qərb ölkələri insanların, xüsusilə də gənclərin kitaba marağını artırmaq üçün çalışırlar.

Məsələn, Kanadanın Surrey şəhərində kitaba maraq yaratmaq üçün bir layihə hazırlanıb. Bu ay açılacaq şəhər kitabxanası “Yaşayan kitablar” adlı layihəyə start verib.

Kitabxanaya gələnlərlə kitab əvəzinə müxtəlif sahələrin mütəxsisləri təqdim olunacaq.

Oxucular astronom, bank işçisi, veteran, bağban kimi mütəxəssislərlə 30-40 dəqiqəlik görüşlər keçirəcək və onlara istədikləri sualları verəcəklər.

Kitabxananın rəhbəri Basi Ravi layihə haqda: “Bizim kitablarımız mütəxəssislərimizdir. Kitabxana artıq sadəcə içində kitabların olduğu tarixi bir bina deyil” - deyib.

Ən böyük kitab qəbiristanlığı hazırlanır

Kitabxanaçılar belə bu problemin həllini kitabdan kənarda axtarır. Doğrudanmı kitablar öldü? Kitablarla vidalaşmaq zamadırmı?
Bu suala cavabı ilk internet təşəbbüskarlarından olan, archive.org saytının qurucusu Brüster Kayl verib.

Kayl artıq çap olunmuş bütün kitabların bir nüsxəsini saxlamaq istəyir. Ancaq bunun üçün nə tarixi, nə də modern bir bina axtarmır. O, kitabları gəmi konteynerlərinə saxlayacaq. Artıq 500 minlik ilk hissə yüklənib və “qəbiristanlıq” digər “qonaqlar”ını gözləyir...

51 yaşlı Kayl bu rəqəmin 10 milyona çatacağına əmindir. O bu kitabların elektron nüsxəsini hazırladıqdan sonra anbarlara göndərir. Əgər elektron nüsxə məhv olsa və ya itsə, kitab anbardan tapılıb yenidən elektron versiyada “həyata qayıdacaq”.

Bu yaxınlarda Google şirkəti də kitaba dəstək vermək üçün Argentinalı yazıçı Xose Luis Borxesin yubileyini qeyd edib. Google axtarış saytını açanda Borxesin fotosu istifadəçilərin qarşısına çıxırdı. Google 130 milyon kitabdan ibarət olacaq Google-Books layihəsini də işə salıb. Buradan elektron kitablar oxumaq münkündür.

İndi dünyanı bir sual maraqlandırır: bəs birdən elektron kitabların da sonu gəlsə, nə etmək mümkün olacaq?


Günel ƏSGƏRZADƏ
# 1247 dəfə oxunub

Oxşar xəbərlər

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər