Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."
5 noyabr 2025
# 11:50

Kulis.az ədəbiyyatşünas alim, esseist Mətanət Vahidin sosial şəbəkədə istedadlı gənclərlə bağlı fikirlərini təqdim edir.

Rəvan Cavidin esseləri yaxşıdır, özünəməxsusdur, illərdir oxuyuram, bəyənirəm. "Gecəni axtaranlar" nəsr kitabını ötən il şöbədə müzakirə etdik və romanında, hekayələrindəki işıq da demək olar, hər birimizi cəlb etdi, müəllifdən gözləntimizi artırdı, böyütdü.

Bu yazı, o gün Orxan Həsəninin yazısı, daha öncə Nadir Yalçının... Bu mətnlərdəki iddia məni sevindirir...

Hardasa haqsız olduqları məqamlara göz yummaq da olar. İncisək də, küssək də, nəsə qəlbimizə toxunsa da, onları dinləyək.

"Nəyi düz deyirlər, nəyi səhv" - arayışına çıxmadan öncə sadəcə, dinləyək gəncləri. Aylar öncə də #gənclərnəistəyir sualına "gənclər eşidilmək istəyir" cavabı vermişdim.

İndi onların sakitcə başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil.

İçlərindəki üsyanı üzə çıxarmağa, səslərini eşitdirməyə çalışırlar və bu, əladır.

Bəzən onlara elə gəlir bütün uğursuzluqlarının səbəbkarı, qənimi biz böyüklərik, bu cür düşünməkləri də normaldır.

Özlərini hər sahədə daha yaxşı, daha üstün, daha irəlidə görmələri, hiss etmələri də.

Məni ölgün, vaxtından xeyli tez böyümüş "qoca ruhlu", yarınan, "yaşamağın çəmini bilən" gənclər həmişə məyus edir. Onsuz da gec-tez, demək olar, hamı susur, "müdrikləşib" öz içinə çəkilir.

İndi gəncliyinizi gənclik kimi yaşaya bilməsəniz də, çiyinləriniz yükün ağırlığı altında əzilsə də, ruhunuzu qoruyun, lütfən, əziz gənclər, qoymayın vaxtından əvvəl qocalsın - tənqid etdiklərinizə bənzəməyin indidən.

Mən sizi eşidirəm, duyuram və hamını gəncliyin səsinə qulaq verməyə çağırıram!

# 1941 dəfə oxunub

Oxşar xəbərlər

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına

10:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər