Bəzən göz yetməz görməyə....

 Bəzən göz yetməz görməyə....
7 sentyabr 2011
# 05:00
Dünən “Hürriyət” qəzetinin Web TV-sində bir videoya baxdım.

İstanbulda olanlar bilir, Taksim metrosunun iki girişi var.

Birinci girişdə bizim “Neftçilər”də olduğu kimi, platformaya pilləkənlər düşür.

Digər girişdə isə fiziki qüsurlu vətəndaşlar üçün lift quraşdırılıb.

Lift birbaşa platformaya düşür.

Bu girişin yuxarısında iri şriftlərlə “Əlillər üçün” yazılıb.

Operatorun çəkdiyi kadrlarda onlarla adamın elana məhəl qoymayaraq daha asan olduğu üçün liftli girişdən istifadə etdiyi görünür.

Pilləkənlərlə enmə əziyyətinə qatlaşmayan yoldaşların arqumentləri müxtəlifdir.

Birinin işi var, digərinin yükü ağırdır, o biri yorğundur və s.

Amma dostunu gözləyən görmə əngəllisi liftə minmir.

Jurnalist bu haqda soruşanda deyir: “Axı bu ayaqdan əlil olanlar üçündür, gözdən əlil olanlar üçün deyil”.

Bu hadisə mənə çox təsir etdi.

Bir adamın düşdüyü ağır vəziyyəti anlamaq üçün mütləq o adamın düşdüyü vəziyyətəmi düşmək lazımdır?

Ekzistensialistlər belə deyir, ya da buna yaxın bir şey deyir.

Amma söhbət insan mahiyyətinin dərkindən getmir, adi bir elandan gedir.

O elanda yazılıb ki, sağlam adamlar bu liftdən istifadə etməsin.

Bunu anlamaq üçün ekzistensialist olmağa ehtiyac yoxdur.

Süjetin sonunda gözdən əlil bir vətəndaş görünür.

O liftdən istifadə etmir.

Jurnalistlər səbəbini soruşanda deyir: “Axı bu lift ayaqdan əlil olanlar üçündür, gözdən əlil olanlar üçün yox”.

Başqa söz yazmaq lazımdırmı?



Qan TURALI


P.S. Həmin süjetin linki:

http://webtv.hurriyet.com.tr/2/21382/18647567/1/istanbul-un-gobeginde-buyuk-ayip.aspx
# 2245 dəfə oxunub

Oxşar xəbərlər

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər