"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər

"Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim..." - Jorj Sanddan aforizmlər
8 iyun 2026
# 13:30

Bu gün məşhur Fransa yazıçısı Jorj Sandın anım günüdür.

Kulis.az onun əsərlərindən aforizmləri təqdim edir.

Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram.

Bəzən bircə kişinin ağlına təsir edə bilməyən kişilər qadınların ağlını əlindən alıb ona sonsuz dərəcədə təsir göstərə bilirlər.

Elə xatirələr var ki, danışarkən gözəlliyi gedir.

Evlilik evlənənə qədər çox gözəl olur.

Fikirlərinin yaşını heç kimə açma.

Həqiqət həmişə sadədir, di gəl ki, ona doğru bir çox ağır maneələrdən keçib-getmək lazım gəlir.

Hər şeyi bilmək lazım deyil, hər şeyi anlamaq kifayət edər.

Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata.

Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin.

Həyatda bir sevinc var – sevib - sevilmək.

Həyatda dostluqdan gözəl bir şey çətin tapılar.

Həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik.

İnsan qəlbi heç vaxt dərinliyinə nüfuz edilməmiş və nüfuz edilməyəcək iztirablar yeridir.

İztirab çəkməmiş bir ruh səadətdən nə anlaya bilər?

Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı.

Qoy başqaları bir-birinə tənbəllikdən öyrəşsin, etinasızlıqdan bağışlasın.

Məhəbbətə müqavimət göstərmək onu yeni silahla təchiz etmək deməkdir.

Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam.

Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi.

Musiqi sahəsi emosional həyəcandır. Musiqinin məqsədi bu duyğuları həyəcanlandırmaqdır və özü də onlardan ilham alır.

Sevgi haqqında ağıllı sözlər deyən kişi aşiq olmayıb.

Sevgisiz evlənmə ömürlük katorqadır.

Sevilməyən bir insan hər yerdə və hər şeydə yalnızdır.

Sevmək iki dəfə yaşamaqdır.

Səni unudanların çiçəkləri məzar üzərində daha yaxşı bitir.

Sıxıntılardan qurtulmaq istəyirsənsə, daim işləyin.

Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bununçün verilməyib.

Yalnız aşiq olandan sonra yaşamağı öyrəndim...

# 84 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

10:00 8 iyun 2026
"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

13:00 7 iyun 2026
Təbəssüm - Rey Bredberinin hekayəsi

Təbəssüm - Rey Bredberinin hekayəsi

12:00 5 iyun 2026
Balaca qadın -  Frans Kafkanın novellası

Balaca qadın - Frans Kafkanın novellası

18:45 3 iyun 2026
Alman kilsəsi - Afaq Məsudun hekayəsi

Alman kilsəsi - Afaq Məsudun hekayəsi

10:00 3 iyun 2026
"Çox vaxt "yox" sadəcə "bəli"nin ön sözüdür..." - İngilis şairdən sitatlar

"Çox vaxt "yox" sadəcə "bəli"nin ön sözüdür..." - İngilis şairdən sitatlar

13:40 2 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər