Çörək dükanındakı oyuncaqlar

Çörək dükanındakı oyuncaqlar
6 sentyabr 2014
# 08:30

Balaca bir şeirim var. Bir neçə ay əvvəl yazmışam onu. Tez-tez rastlaşdığım bir hadisədən bəhs edir.

Az qala hər gün təkrarlanan bu hadisə ürəyimi sıxır, müşahidə qabiliyyətimin mövcudluğuna qəzəbim artır və bütün kasıb valideynləri bağrıma basıb ovundurmaq istəyi yaranır.

O, şeir belədir:

hansı marketdə oyuncaq satılır

yan keçir

yanındakı uşaqla

girməkdən qorxur

"çörək satılan yerdə

oyuncağın işi nə?"-

deyinir ürəyində

yolu uzanmış ya...

Əlindəki sonuncu manatıyla marketə girib çörək almaq istəyən valideynlər yanlarındakı uşaqların çörəklə qonşu piştaxtada düzülən oyuncaqlara necə həsrətlə baxdığına hər gün dözməli olurlar. Uşağın oyuncaq istəməsi normaldı. Bundan təbii dünyada heç nə yoxdu. Oyuncaqlar uşaqlar üçündü. Amma çörəklə az qala eyni piştaxtada oyuncağın satılması normalmı? Bax, bu mübahisəli məsələdi.

Valideynlər çox vaxt israrla oyuncaq tələb eləyən uşaqlarına pulsuzluğu anlatmaqda çətinlik çəkirlər. Bəzən uşaq başa düşən yaşda olmur, bəzən də başa düşmək istəmir, ərköyünlük edir. Belə hallarda nə edəcəyini bilməyən analar utanır, sıxılırlar. Düşdükləri vəziyyətdən qəzəblənir, acıqlarını günahsız uşaqlardan çıxırlar. Onların çox az qismi əsəblərini axıradək qoruya bilir. Bəziləri uşağı hamının gözü qabağında döyüb pərt eləyir, danlayır, üstünə qışqırırlar. Belə hallarda satıcılar da, mağazaya gələn başqa müştərilər də çarəsizcə “uşaqdı da, siz Allah xətrinə dəyməyin” deməkdən başqa kömək eləyə bilmirlər.

Və bir də cibində pulu olan, həsrətlə oyuncaqlara baxan uşağın gözü qabağında öz uşağına oyuncaq alan valideynlər də var. Bu səhnələri dəfələrlə seyr eləmişəm. Bir ayın çörək puluna bərabər qiymətdə olan oyuncağı kənara buraxıb, ucuz oyuncağı uşağına bəyəndirmək üçün dil tökən analar, ataları görəndə üzümü çevirmişəm dəfələrlə. Çevirmişəm ki, ağrımayım.

Keçmişdə oyuncaqlar ancaq oyuncaq mağazalarında satılırdı. Valideynlər uşaqlarının əllərindən tutub o mağazalara girəndə uşaqlarını sevindirmək üçün gedirdilər. O mağazalara girən heç bir uşaq əliboş qayıtmırdı. Biri ala biləndə, o biri baxa-baxa qalmırdı.

Uşaqların psixologiyasında bu səhnələr çox pis izlər buraxacaq. Onlar tez-tez bu səhnələri xatırlayacaqlar. Uşaqlığımda mənim də dalınca çox ağladığım, əldə etmək arzusuyla yaşadığım şeylər olub, onların heç birini unutmamışam.

# 4106 dəfə oxunub

Oxşar xəbərlər

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

12:04 25 iyul 2026
Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

11:00 25 iyul 2026
Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər