news-inner
clock09:00 calendar-gray 31 May 2014 view-gray3443 dəfə oxunub
view-gray3443 dəfə oxunub

Ailənin bütün üzvləri ilə sevişən adam LAYİHƏ

Kulis.az “Baxılası 50 film” (1922-1975) layihəsində böyük italyan rejissoru Pyer Paolo Pazolininin “Teorema” filmini təqdim edir.

Marksist, kommunist, rejissor, şair, ateist, yazıçı, homoseksual, intellektual, anti-burjuy, qiyamçı, dahi.... Bütün bunlar bir adamda - görkəmli italyan rejissoru Pyer Paolo Pazolininin şəxsiyyətində cəmləşir.

1922-ci ildə katolik ailədə doğulan Pazolini özünü ateist sayırdı.

Hətta “RoQoPaQ” (qısametrajlı filmlərdən ibarət olan bu ekran əsəri onu çəkən – 4 rejissorun Rosselininin, Qodarın, Pazolininin, Qriqorettinin adlarının baş hərfləri ilə adlandırılıb) filmində dini təhqir etdiyinə görə 4 ay həbsdə yatıb.

1962-ci ildə rejissorluğa başlayan Pazolini filmlərində (“Accatone”, "Mама Pоmа"da) obrazlı düşüncəni və sosial analizi birləşdirirdi.

Onun qəhrəmanları lümpen-proletariat – səfillər, fahişələr, dilənçilər, cinayətkarlar idi. Pazolini bunu belə izah edirdi: “Fəhlə sinfi İtaliyada satılıb, burjua mədəniyyətinin bələdçisinə çevrilib və ona görə də kino üçün maraqsızlaşıb. Onlar həyatda öz yerlərini tapmaqdan məhrumdular”.

Rejissor üçün sadə, açıq insan tipi daha maraqlıydı: “Məni lümpen proletariatın siması cəlb edir, çünki ləkəsizdir-burjua isə kirlidir; o məsumdur-burjua isə günahkardır; o safdır-burjua isə vulqardır; o səmimidir-burjua isə ehtiyatlıdır; o rəngarəngdir-burjua isə bozdur”.

İkinci Dünya müharibəsindən sonra Pazolini İtaliya Kommunist Partiyasına daxil olur. Amma az sonra azyaşlıları yoldan çıxardığına görə partiyadan qovulur. Əslində, qovulmanın real səbəbi rejissorun homoseksuallığını gizlətməməyi idi. Bununla belə, o ömrünün sonuna kimi kommunist əqidəsinə sadiq qaldı.

70-ci illərin əvvəlində şərq ölkələrinə-İrana, Yəmənə, Nepala səyahət edən rejissor “Həyatın trilogiyası” (“Dekameron”, “Kenterber hekayətləri”, “1001 gecənin çiçəyi”) filminə material toplayır. Pazolini bu trilogiyanı sol partiyaların həddən artıq siyasiləşməsinə, mənfəətpərəstliyinə və kütləvi mədəniyyətin qeyri-reallığına etiraz olaraq çəkdiyini deyirdi.

1968-ci il tələbə üsyanına Pazolininin baxışı Avropanın sol intellektuallarının mövqeyindən fərqlənirdi. Onun fikrincə, ucuz geyinən, üfunət qoxuyan, pis qidalanan polislər xalqın övladlarıdır. Bahalı cins geyinmiş üsyançılar - burjuaların harın övladları isə onlara daş atır. Pazolini iddia edirdi ki, 1968-ci il hadisəsi burjua gənclərin atalarına qarşı üsyanı idi. Üsyanın əsasında onların valideynlərindən daha çox şey qoparmaq məqsədi dayanırdı.

Rejissorun “Donuz damı” filmi də məhz 1968-ci il tələbə hərəkatına həsr edilib. Bu film Pazolininin hərəkatla bağlı məyusluğunu ifadə edir. “Donuz damı”nda burjua gənclərini təmsil edən Yulius darıxdırıcı həyatdan sıxılır. Ona qarşı isə keçmiş dövrün qəhrəmanı – cəmiyyətin qanunlarına etiraz edən gənc qiyamçı qoyulur.

Film boyu “Mən atamı öldürdüm, insan əti yedim və sevincimdən titrəyirəm”- deyən qəhrəman öldürülür, Yuliusu isə donuzlar yeyir. Donuzların onu yeməsi müasir kapitalist dünyasında gənclərin mənəvi ölümünə metaforadır.

Pazolini ölümündən əvvəl dünya kino tarixinin ən qalmaqallı filmlərindən birini – “Salo və ya Sodomun 120 günü”nü çəkir. O, faşizmə sosial-tarixi yox, seksual zorakılıq aspektindən yanaşaraq bu ideologiyanın törətdiyi mənəvi terrorun sərhədsizliyini göstərir.

Öz kino dilini yaradan Pazolininin filmlərinin əksəriyyəti senzuraya məruz qalırdı. İtalyan faşistləri isə kinoteatrda onun filmlərinə etiraz əlaməti olaraq kresloları yandırmışdılar.

“Matveyin İncili” filmində o, İsa Məsihi qiyamçı və marksisit kimi təsvir edir.


Pazolini dünya kinosunu mifik-poetik əsaslarla, hadisələri freydizm və marksizm ruhunda analizlərlə zənginləşdirib.

Rejissor 1975-ci ildə Roma yaxınlığında Ostiya deyilən ərazidə öldürülüb. Onun 10 qabırğası, çənəsi sındırılmış, sol qolu qırılmış, qulağının yarısı qoparılmışdı. Meyitinin üstündən isə bir neçə dəfə avtomobil keçmişdi. Qətldə günahlandırılan və rejissoru homoseksual olduğuna görə öldürdüyünü deyən 17 yaşlı Pino Pelozi həbs olunsa da, 2005-ci ildə o bu qətli törətmədiyini etiraf edib. Pelozinin dediyinə görə, istintaq o zaman ona təzyiq göstərib. Bundan sonra mədəniyyət və siyasət xadimlərinin tələbi ilə istintaq işi yenidən qaldırılıb.


Məlum olub ki, cinayətdə Pelozidən başqa iki yeniyetmənin də əli varmış. Onlardan ikisi Franko və Cüzeppe Borselino qardaşları QİÇS-dən dünyalarını dəyişiblər. Digərinin isə şəxsiyyəti bəlli deyil.

Bu gün “Baxılası 50 film” layihəsində ən maraqlı, çoxsaylı şərhlərə yol açan “Teorema (1968) simvolik metafizik pritçasını təqdim edirik.

Süjet: Varlı italyan ailəsinin evinə adsız kişi qonaq gəlir. O, növbə ilə bütün ailə üzvləri-oğul, ata, ana, qız və qulluqçu ilə cinsi əlaqədə olur. Qonaq missiyasını yerinə yetirərək gedir. Burjuaziya ailəsinin bütün rahatlığını da özüylə aparır və ailə məhv olur.

Ana ona oxşayan sevgililərlə görüşür, ata biznesə marağını itirir, qızda psixoloji problem yaranır, oğul istedadsız rəsmlərində onun obrazını yaradır, qulluqçu özünü əzabkeş xristian kimi görür.

Kapitalist cəmiyyətinin məhvə məhkumluğuna əmin olan Pazolini öz filmini marksist ruhda yozur: “Kobud desəm, filmin anlamı belədir: burjuaziya nə eləyirsə eləsin, həmişə haqsızdır. Onun etdiyi hər şey nə qədər səmimi, xeyirxah olursa olsun düz deyil. Ümumi cizgilərdə Terens Stempin personajını mələyə çevirmişəm. Onda şeytanı da, Allahın şeytanla birləşməsini də görmək olar”.

Filmin adı onun quruluşunun geometrik dəqiqliyini ifadə edir. Bir çox səhnələr iki dəfə təkrarlanır.

Filmdəki burjua ailəsi bir növ müasir kapitalist cəmiyyətinin simvoludur. Yad adamın gəlişi ilə onların ört-basdır etdiyi qüsurları, gizlinləri meydana çıxır. Ailə onun gəlişindən öncə artıq mənəvi deqradasiyaya hazır idi. Sadəcə bunun meydana çıxması üçün isə təkan lazım idi.

Rejissor yalnız sosial statusuna görə qulluqçu qadına xilas imkanı verir.

Filmə burdan baxa bilərsiz:

news-inner-user
Sevda Sultanova

733 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“Qan qohumları” gəlir - Fotolar
14:40 23 Sentyabr 2019
Şəhid şairə kitab həsr olunub
14:02 23 Sentyabr 2019
Şübhə etməyə haqqımız yoxdur
13:24 23 Sentyabr 2019
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
12:49 23 Sentyabr 2019
“Bir şeir” müsabiqəsində növbəti Şeirlər
12:15 23 Sentyabr 2019
Nazim Hikmətin ölümündən iki gün əvvəlki görüntüləri yayılıb - Video
11:35 23 Sentyabr 2019
Vurğun Əyyub üçün dua – Şərif Ağayar yazır...
10:55 23 Sentyabr 2019
"Çernobıl” serialı Emmi mükafatı aldı
10:34 23 Sentyabr 2019
Türkiyəli şair Kulisin müsabiqəsinə qatıldı
10:00 23 Sentyabr 2019
Məmmədbağır Bağırzadənin oğlu: “Anam atamın başqa qadınla yaşamasına razıydı” – Müsahibə
09:00 23 Sentyabr 2019
Vurğun Əyyubun səhhəti ağırlaşıb
21:31 22 Sentyabr 2019
Gənc şairdən gözəl bir ata şeiri
12:30 22 Sentyabr 2019
Nаmiq Аbdullаyеvin ахırı – Əjdər Oldan unikal portret-hekayə - İlk dəfə
10:01 22 Sentyabr 2019
Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019