news-inner
clock08:45 calendar-gray 26 Aprel 2014 view-gray2169 dəfə oxunub
view-gray2169 dəfə oxunub

Qardaş qardaşı öldürməyə məcbur olanda

Kulis.az “Baxılası 50 film” layihəsində Böyük Britaniya rejissoru Ken Louçun “Arpanı titrədən külək” filmini təqdim edir.

Yeni Britaniya sosial kinosunun atası sayılan rejissor Ken Louç (1936) kəskin sosial filmlərin ən tanınmış müəlliflərindən biridir.

Louçu proletar əxlaqının, eyni zamanda xristian dəyərlərinin tərənnümçüsü adlandırırlar. Onun haqqında dövrümüzün ən böyük humanisti deyirlər. Onun qəhrəmanları əlillər, psixi xəstələr, mühacirlər, işsizlər, fəhlələrdir. Personajları ilə həmrəylik onun üçün siyasi yox, hər şeydən əvvəl ruhi məsələdir. Louçun bütün filmlərində siyasi xətt var.

Rejissor şaxtaçı ailəsində doğulub, Oksfordda oxuyanda ekperimental teatr klubunda fəaliyyət göstərib.

BBC üçün evsizlərin həyatından çəkdiyi sənədli filmi rezonans doğurub.

1968-ci ildə “Zavallı inək” adlı ilk tammetrajlı bədii filmi fransızların “yeni dalğa”sı və 60-cı illər azad ingilis kinosu ruhunda çəkilib.

Dokumental manerada lentə alınan “Ailə həyatı” sosial dramında valideyn-övlad konflikti təsvir edilir.

”Parabüzən” filmində böyük oğlu bədbəxt hadisəyə məruz qaldığına görə ananın əlindən digər uşaqları da alınır və qadın onları geri qaytarmaq üçün sosial orqanlarla mübarizə aparır.

Britaniya Kino İnstitutunun ən yaxşı filmləri siyahısına daxil etdiyi “Kes” şaxtaçı ailəsində doğulan və ətrafdan sevgi görməyən, meylini şahin quşuna bağlayan yeniyetmədən bəhs edir.

Şimali İrlandiyada siyasi vəziyyəti analiz edən “Gizli plan” trilleri (1990) Kann festivalının prizini alıb.

Leyboristlər partiyasının üzvü olan Louç 1990-ci illərdə onu tərk etdi. 2004-cü ilin noyabrında “Respeckt” (sol yönümlü hərəkat ) koalisiyasının şurasına üzv seçildi. Rejissor Fələstin məsələsinə görə İsraili boykot kampaniyasının dəstəkləyənlərdən biri olub.

Qəzza sektorunda müharibənin başlanğıcında antisemitizmin çoxalması barədə rejissor deyir: “Əgər hətta antisemitizm artırsa mən buna təəccüblənmirəm. Faktiki olaraq, İsrail özü antisemitizmi qidalandırır”.

“Baxılası 50 film” layihəsində Louçun yaradıcılığının ən kompromissiz və Kannda əsas mükafatı almış “Arpanı titrədən külək”(2006) dramını təqdim edirik.

Süjet:Hadisələr XX əsrin əvvəlində İrlandiyada baş verir.

İrland xalqı müstəqilliyi uğrunda mübarizə aparır. Britaniya ordusu xalq hərəkatını boğmaq istəyir.

Filmin mərkəzində 1919-21-ci illərdə İrland Respublika Ordusunda vuruşan iki qardaş dayanır. Damien həkimdir, işini ataraq qardaşı Teddi ilə birlikdə azadlıq hərəkatına qoşulur. Müharibədə İrlandiya qələbə çalır, amma ziddiyyətli mövqelər vətəndaş müharibəsinə aparır.

Filmin adı XIX əsr irland şairi Robert Coysun 1798- ci il üsyanına həsr etdiyi balladadan götürülüb.

Əhvalatın ən təsirli epizodu bir qardaşın digərini hərbi tribunalın əmri ilə öldürməyə məcbur olması və onlar arasında keçən dialoqdur.

Ken Louç film haqda deyir: “Məncə, bu, hər mənada universal filmdir. Əks halda onu çəkməyə dəyməzdi. Film hadisələrin nə elmi, nə də muzey rekonstruskiyasıdır. Bu, imperiya tərəfindən sıxışdırılmış kolonya haqdadır. Və imperiya silah gücünə kolonyaya öz hökmranlığını sırıyır. Maraqlarını qoruyan imperiya ərazisində yaşayan hər kəsi məhv edir. Film həm də yerli əhalinin nifrət etdiyi işğalçı ordu və onların ədalətsizliyə müqaviməti haqdadır. Bütün bu temalar isə universaldır.

Əhvalatın mərkəzində iki qardaşın dayanmasının əsas səbəbi odur ki, vətəndaş müharibəsində ailələr qarşı-qarşıya gəlir, qardaş-qardaşa qarşı gedir. Bu, həm də metaforadır.

Ümid edirəm ki, film çoxplanlı alınıb. Biz çalışdıq ki, siyasi mübarizənin reallığını real insanların həyat təcrübəsi vasitəsi ilə açaq. Elə çəkdik ki, o, yaşanan bir şəxsi təcrübə kimi görünsün”.

Louçun fikirlərindən:

***

“İndi cəmiyyət dünyanı televizor və xəbərlər vasitəsilə dərk edir. KİV bizim dövrümüzün kilsəsidir. Onlar ideologiyanın mövcudluğunu və onun aşağıya retranslyasiyasını təmin edir. Qəzetlər və televiziya sanki rəqabət aparırlar ki, kim daha çox reallıqdan uzağa gedə bilər”.

***

“Din və inam məsələləri özlüyündə məni maraqlandırmır. Kilsə mənə sosial institut kimi maraqlıdır. Məsələn, “Daş yağışı” filmində qəhrəman ilk dini ayini həyatının vacib məqamı sayır. Bir tərəfdən bu, onun geriliyinin əlamətidir, digər tərəfdən isə əksinə. Yəni bir tərəfdən o, qızının ilk dini ayininə son pullarını xərcləyir, amma bu, həm də o deməkdir ki, o, hələ ləyaqət hissini itirməyib. O, uşağı üçün hər şeyə qadirdir”.

***

“Kes” filmini çəkəndə hami deyirdi ki, əla filmdir və bu filmdən sonra biz yenidən Britaniya kinosundan danışa bilərik. Sonra nəsə baş vermədi. Sakitlik... Biz növbəti filmə heç cürə pul tapa bilmədik. Gənc rejissorlara heç bir dəstək yox idi. Televiziyanın mahiyyəti ondadır ki, minimal pula filmlər çəkmək olar. Amma televiziya rejissura kimi sənəti məhv elədi. Teleşoular həvəskar filmlərə oxşayır. İnsanların beynini realiti şoularla yuyurlar”.

***

“Los-Ancelesdə film çəkmək çətindir. İnsanlar kinematoqrafik bakirəliyini itiriblər”.

***

“Bizim demokratik borcumuz hökuməti tənqid etməkdir.”

Filmə burdan baxa bilərsiz.

ayner Verner Fassbinderin “Mariya Braunun izdivacı”filmi.

Hovard Houksun“Çapıqlı adam”urdanfilmi.

Federiko Fellinin“8 yarım”filmi.

Fridrix Murnaunun“Günəşin doğuşu”filmi.

Fransua Ozonun“8 qadın”filmi.

Alfred Hiçkokun“Psixo”filmi.

Stenli Kubrikin"Portağal mexanizmi"filmi.

Kendzi Midzoqutinin“Yağışdan sonra ayın nağılı”filmi.

Vittorio De Sikanın“Velosiped oğruları”filmi.

Fransua Trüffonunun“400 zərbə”filmi.

Abbas Kiarostaminin“Albalı dadı”filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet“On iki qəzəbli kişi”filmi.

Bernardo Bertoluççinin“Konformist”filmi.

Dziqa Vertovun“Kinokameralı adam”filmi.

Mikalancelo Antonioninin“Macəra”filmi.

Pol Tomas Andersonun“Maqnoliya”filmi

Yasudziro Odzunun“Tokio əhvalatı”filmi.

Vim Vendersin“Berlin üzərində səma ”filmi.

Con Fordun"Dilican"filmi.

İnqmar Berqmanın"Persona"filmi.

Jan Renuarın “Oyun qaydaları”filmi.

Oxşar xəbərlər