Gənc reper faciəvi şəkildə vəfat etdi

Gənc reper faciəvi şəkildə vəfat etdi
2 iyun 2026
# 15:12

"Aishe" səhnə adı ilə tanınan gənc türk reper Tuğçe Ayşe Güler vəfat edib.

Kulis.az xəbər verir ki, xəbəri sənətçinin sosial media hesabı vasitəsilə qardaşı yayıb.

O, paylaşımında, "Mən qardaşıyam, bacım vəfat etdi. Başımız sağ olsun", - deyə qeyd edib.

Reperin ölüm səbəbi hələlik tam rəsmi təsdiqini tapmasa da, qardaşı tərəfindən verilən açıqlamada onun tibbi səhlənkarlıq ucbatından həyatını itirdiyi iddia edilib. Açıqlamada ifaçının xəstəlik prosesi və xəstəxanada yaşananlarla bağlı kəskin ittihamlar yer alıb.

Qardaşı baş verənləri bu cür izah edib:

"Bacım qulaq infeksiyası keçirdi, ardınca üz iflici oldu. Əməliyyat olundu, vəziyyəti yaxşı idi və xəstəxanadan evə buraxıldı. Ancaq bu proses zamanı tətbiq edilən kortizon müalicəsi vaskulitə (qan damarlarının iltihabı) səbəb oldu. Yenidən əməliyyata alındı və təəssüf ki, ürəyi dayandı. Kortizonu qəfildən kəsdirdikləri üçün vaskülit yarandı. Təcili yardıma getdik, ancaq "əlavə təsirdir" deyərək bizi geri qaytardılar. Yenidən halı pisləşəndə xəstəxanaya yatırdılar, lakin düz 4 gün ərzində diaqnoz qoya bilmədilər, bacım heç bir müalicə almadı. Palatada vəziyyəti daha da pisləşdiyi üçün reanimasiyaya köçürüldü".

Müalicə prosesində həkimlərin gecikdiyini iddia edən qardaşı xəstəxanadakı etinasızlıqdan şikayətlənib:

"Lap əvvəldən "xəstəliyi ola bilər" deməyimə baxmayaraq, bir həftə boyunca heç nə edilmədi və bizi yubatdılar. Revmatologiya şöbəsi ölümündən sadəcə 1 gün əvvəl diaqnoz qoya bildi, lakin artıq çox gec idi. Bacım göz görə-görə səhlənkarlıq səbəbindən vəfat etdi".

# 985 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər