“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda

“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda
3 iyun 2026
# 14:21

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi çərçivəsində nəşr olunan eyniadlı kitabın növbəti təqdimat mərasimi Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində baş tutub.

Kulis.az xəbər verir ki, DGTYB və GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihənin rəhbəri İntiqam Yaşar layihənin məqsədindən, gənc ədiblərin yaradıcılığına göstərilən diqqət və dəstəyin əhəmiyyətindən danışıb. O bildirib ki, layihə Azərbaycan ədəbi mühitində gənclərin daha yaxından tanınmasına və ədəbi irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, tədbirin fəxri qonağı şair Ramiz Qusarçaylı, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, “Tərəqqi” medalı və “Şöhrət” ordeni laureatı, Prezidentin fərdi təqaüdçüsü şair Ofelya Babayeva çıxış edərək layihənin əhəmiyyətindən, gənclərin ədəbiyyata marağının artırılmasının vacibliyindən söz açıblar.

Tədbirin fəxri qonağı, AYB Quba bölməsinin sədri Ramiz Qusarçaylı və gənc yazarlar kitabda yer alan yaradıcılıq nümunələrini səsləndiriblər.

Tədbirdə həmçinin GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin sədri Sevinc Qasımova, Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan müavini, layihənin koordinatoru Ayşən Rəhim çıxış edərək layihənin həyata keçirilməsi prosesindən, görülən işlərdən və gələcək planlardan bəhs ediblər.

Təqdimat mərasimində DGTYB üzvləri – şairlər Elçin Mühərrəm, Nicat Hunalp, Ariz Alpsoy, Gözəl Az Ay, Azər Xalıqoğlu, Vasif Şükür, həmçinin digər ziyalılar Polad İbrahimoğlu və Qulu Əlioğlu da iştirak ediblər. Kitabda yazıları yer alan müəlliflər şeirlərini səsləndiriblər.

Tədbir çərçivəsində həmçinin rəssam İsmayıl Cabbarovun rəhbərliyi ilə gənc rəssamların Türk dünyası ədəbiyyatı mövzusunda sərgisi nümayiş olunub.

Sonda müəlliflər kitab imzalayıb, ədəbiyyat haqqında fikir mübadiləsi aparılıb, layihədə yer alan müəlliflərə təltiflər təqdim edilib. Tədbirə xatirə fotolarının çəkilməsi ilə yekun vurulub.

# 200 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində

Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində

17:50 9 iyun 2026
Dostoyevskinin fədakar həyat yoldaşı - Onun hansı taktikası işə yaramışdı?

Dostoyevskinin fədakar həyat yoldaşı - Onun hansı taktikası işə yaramışdı?

17:30 9 iyun 2026
Dövlət Uşaq Filarmoniyasında “Nağıllar aləminə səyahət”

Dövlət Uşaq Filarmoniyasında “Nağıllar aləminə səyahət”

16:30 9 iyun 2026
“Azərbaycanda yaşayan azsaylı xalqlar”  adlı virtual sərgi açıldı

“Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açıldı

15:30 9 iyun 2026
Məşhur bəstəkar qətlə yetirildi

Məşhur bəstəkar qətlə yetirildi

15:00 9 iyun 2026
Hər kim yüz il yaşamasa... - Osman Sarivəlli

Hər kim yüz il yaşamasa... - Osman Sarivəlli

13:35 9 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər