"46 bənövşə" yenidən çap olundu

"46 bənövşə" yenidən çap olundu
27 mart 2014
# 14:30

“Qanun” nəşriyyatında Salam Qədirzadənin “46 bənövşə”, Frans Teodor Çokorun “Axınla birgə” və Frans Kafkanın “Vəsiyyət” əsərləri çap olunub.

Sovet dövründə minlərlə oxucunun qəlbinə yol tapan tanınmış yazıçı Salam Qədirzadənin “46 bənövşə” əsəri dövrünün ən çox oxunan və populyarlıq qazanan əsərlərindəndir.

Günlərin bir günü Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir və yazıçıya əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini gətirir və bu dəftərlərə baxmasını, fikir bildirməsini xahiş edir.

Böyük fransız yazıçısı və filosofu Alber Kamünün “...Var olmaq, yaşamaq, ölümә doğru getmәk demәkdir. Ölüm maһnının son sözüdür. Biz, necə deyәrlәr, ölüm cәzasına mәһkum olunmuş, ancaq һökmü nә vaxt vә һarada yerinә yetirilәcәyini bilmәyәn, yoldaşlarının isә hәr gün edam edildiyini görәn kimsәsiz insanlarıq” epiqrafı ilə başlayan gündəliklər olduqca maraqlı dildə qələmə alınıb. Sovet gəncliyini, o illərin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri o qədər səmimi, şirin və təsirli dillə qələmə alınıb ki, kitabdan ayrıla bilməyəcəksiniz.

Klassik dram ənənəsinə uyğunluq baxımından Çokor yaradıcılığında yeganə istisna təşkil edən «Axınla birgə» pyesi – Aristotel nəzəriyyəsinin prinsiplərinə uyğun tərzdə – eyni məkanda bir sutka ərzində baş verən konkret hadisədən bəhs edir.

Müəllif öz yaradıcılığı üçün də yeni olan bu unikal əsəri – XX əsrin görkəmli simalarından birinin – Alfred Kubinin xatirəsinə ithaf etməklə, əsərin bilavasitə dahi Kubin sənətinin təsirindən yarandığına işarə etmişdir. Bütün yaradıcılığından Rilkenin «Biz gülürük, ölümsə bizim içimizdə gülür» motivinin qırmızı xətt kimi keçdiyi Kubin sənətini isə öz dərin pessimizminə – «əlçatmaz bədbinlik səviyyəsinə» görə yalnız Kafka yaradıcılığı ilə müqayisə etmək mümkündür.

Dünya dramaturgiya tarixində yeni səhifə açmış Frans Teodor Çokor, Avstriya ədəbiyyatının Rayner Maria Rilke, Frans Kafka kimi ədəbi nəhəngləri ilə bir sırada duran qüdrətli sənətkardır.

Avstriya yazıçısı Frans Kafkanın bu kitabına məşhur «Hökm» və «Çevrilmə» novellaları, pritçalarından nümunələr, «Gündəliklər»indən və çex jurnalisti Qustav Yanouxla söhbətlərindən parçalar daxil edilmişdir.

“Hökm” novellası şəxsi faciədən, müəllifin məruz qaldığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənçilik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işartısını daim göstərib. Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəddüd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, o evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan məhrum etmək fikrinə düşüb. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də var: Ata – Peterburqda qərar tutan, həyatda və işgüzar mühitdə bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burada Dost – Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın simasında atasının görmək istədiyi «şəhərli oğul» obrazını təcəssüm etdirir.

«Çevrilmə» novellası da metafora baxımından zəngin və çoxmənalı əsərdir: burda az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu – üzüyola qulluqçunu əcaib həşərata çevirib onu doğma ailə mühitinə atmaqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalığının gerçək surətini yaratmışdır.

# 2876 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər