writer1

Rövşən Naziroğlu

Məqalə sayı

28
clock12:25 calendar-gray 10 Dekabr 2013 view-gray2556 dəfə oxunub
view-gray2556 dəfə oxunub

Erməni meyxanası

“Gedirdim Lökbatana...”

İşdən yorğun–arğın qayıdaraq bir hovur dincini alsın deyə kürəyini dağa söykəyən, ayaqlarını Xəzərdə islağa qoyub dünyanın gedişatını vərə-vird edən qayğılı, qoca, nəhəng dənizçini xatırladırdı məhləmiz. Ruslarla, ermənilərlə, yəhudilərlə beynəlmiləl-beynəlmiləl yaşasaq da məhləmiz ətrafda Dağlı məhləsi kimi tanınırdı. Boylu-buxunlu bina evlərinin yanında abrına qısılan pota həyət evləri kövrək-kövrək bir-birlərinə dirsəklənib hündürlüyə xorla nifrət edirdilər...

Burda, yəni bizim məhləmizdə yazılmamış qanunlar vardı. Və hamı bu qanunlara qeyd-şərtsiz əməl eləməliydi. Bərkdən gülmək olmazdı. Özündən böyüyün yanında dayanmaq, dayanmaqla sakitləşməyib siqaret tüstülətmək heç olmazdı. Nərdtaxta ətrafında durub qızışan oyuna baxanda gərək səssiz olaydın. İşdi, həmən gün böyüklərlə bir əl nərd atmaq alnına yazılardısa gərək taleyinin bu amansız hökmünə baş əyəydin. Oyun zamanı səndən böyük oyun yoldaşın atdığı şeş-caharı şeş-qoşa oxuyub ərklə və utanıb qızarmadan oynayanda susmalıydın. Başqa cür biədəblik sayılırdı.

Hər məhlədə olduğu kimi bizim məhləmizdə də tinlər vardı. Tinlər bizim məhlənin nəzarət məntəqəsiydi. Tində dayanmaq hər oğlanın işi deyildi. Oradan zənən xeylağı keçəndə hamı başını aşağı salmalı və susmalıydı. Qızla oğlanın yanaşı və ya qol-qola məhləmizdən keçməsindən söhbət belə gedə bilməzdi. Ən azından həmən qolu sındırıb “sevirəm” deyərək hər şeyi gözə alan aşiqin gözünə soxardılar. O vaxtlar itlər də, pişiklər də öz yiyələrini tanıyırdı...

Burası bizim məhləydi. Və kədəriylə, sevinciylə, çirkinliyiylə, gözəlliyiylə sonuna kimi bizim idi...

Seyyid Əzim demişkən, zaman ol zaman idi ki…

Mən hələ uşaq idim. Yəni 8 yaşımdan təzə-təzə gün çırtlayırdım. Mərhum Lenini can kimi bəsləyərək, rəhmətliyi babamız bilirdik. Qərib bir axşamüstüydü evimizdə. Hər dəfə olduğu kimi bu dəfə də atamın təkidi, anamın xahişilə kitabın ağzını yenicə açmışdım ki, gözümə bir şəkil sataşdı. Rəngli şəkiliydi. Altından da yekə hərflərlə “Lenin iməclikdə” yazmışdılar. O boyda Lenin çiynini vermişdi şalbanın altına. Şəkildə Lenin tək deyildi. Yoluq bir fəhlə də şalbanın bir ucundan yapışmışdı. Kövrəldim. Şəkili atama göstərdim və dedim: “Ata, bir bax, Lenin özünü fəhlə sinfindən ayırmır.”

Atam kitabı məndən alıb işığa tutdu. Diqqətlə baxdı. Qımışdı. Sonra üç dəfə ah çəkib xırıltılı səsiylə kitabdakı şəkli mənə təcrübəli pedaqoq ədasıyla izah elədi: “Oğlum, kitab oxu. Görürsən, hətta şəkildə də Lenin şalbanı fəhlə sinfinin dalına soxur.” Şəklə bir də baxdım. Atam haqlıydı. Ancaq bizim məhlədə qoltuğunda kitab tutan birisinə elə baxırdılar ki, elə bil qoltuğunda kitab yox, diri hinduşka tutmusan və bu dəqiqə bu “indiyski” quş mərdməzarlıq eliyib üst-başını bulayacaq. Atam məhləmizdə kitaba olan kədərli münasibətdən xəbərdar olmaya bilməzdi...

Məhləmizdə şeirə, qəzələ, daha dəqiqini yazsam, meyxanaya xüsusi sevgi var idi. Elə bir yaşıdım olmazdı ki, yaddaşının gözündə beş-üç meyxana bəndi olmasın. Sevirdik meyxananı. Havalar soyuyanda meyxanaya olan sevgimiz zibillikdən tapıb yandırdığımız taxtaların işığında, istisində daha vahidanə səslənirdi. Hərə öz bildiyini oxuyurdu. Və belə axşamların birində atası yəhudi, anası erməni olan Erik də bizə qoşuldu. Əvvəl susdu. Sonra uzun burnunu pencəyinin qoluna silib o vaxta qədər eşitmədiyim qəribə bir meyxana dedi:

“Gedirdim Lökbatana...”

Artıq gec idi. Bir dəfə eşitməklə Erikin dediyi bu əsrarəngiz sözlər həyasızcasına yaddaşıma yazılmışdı. Mən də Lökbatana getmək istəyirdim. Axşam süfrə arxasında oturub bir az əvvəl eşitdiyim meyxananı ürəyimdə əzbər dedim. Meyxananın sözləri nədənsə yadıma qonşu məhlədə yaşayan Lətafəti salırdı. Kasanın içindəki əti qaşıqla o üz-bu üzə çevirməkdən bezdim. Əlimi süfrədən çəkib atamdan soruşdum: “Ata, Lökbatan burdan çox uzaqdadı?” Kişi deyəsən sualımı eşitmədi.

Atam şofer idi.

(Davamı olacaq…)

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020