İngilisləri xilas elədi, rusları öldürdü

İngilisləri xilas elədi, rusları öldürdü
30 sentyabr 2013
# 11:19

İnsanlar saqqızın kəşfinə qədər yeməkdən sonra ağız boşluğunu təmizləmək və nəfəsi təravətləndirmək üçün nələr çeynəməyiblər. Saqqız ağacının qətranı, arı mumu, kauçuk, betel istiotu (qara bibər kolu, afrodizyak- cinsi aktivliyi, istəyi artıran maddə - hesab olunur, indi də istifadə olunur). Üç əsr boyunca Avropa və ABŞ-da tənbəki çeynəyiblər, bunu nə iləsə əvəz etmək mümkünsüz idi.

İlk saqqızlar isə 1848-ci ildə ABŞ-ın Men ştatında, Banqordakı fabrikdə hazırlanıb. Gələcək bublqamun ilk üç markası romantik adlar daşıyırdı: “Ağ dağ”, “Şəkərli qaymaq” və “Biyan Lulu”.

Saqqızın qadınlar arasında populyar olmasını nəzərdə tutan Conatan Primli adlı sahibkar 1880-ci illərdə “Kiss me!” (!Öp məni!”) adlı marka yaradır. Qlamur sarışınların əvəzedilməz atributu belə yaranır.

1911-ci ildə, aviasiyanın ilkin vaxtlarında saqqız Birləşmiş Krallığın Hərbi Hava Qüvvələrinin cəsur əsgərlərinin həyatını xilas edir. Qorxmaz britaniyalılar saqqızla mühərrikin soyuducu sistemindəki dəlikləri qapayır və beləliklə uğurlu eniş edirlər.

Saqqız istehsal edən “Wrigley” adlı məşhur kompaniya 1915-ci ildən başlayaraq aqressiv reklam kampaniyası həyata keçirərək Nyu-Yorka gələn immiqrantların hər birinə bir lövhə saqqız paylayır. Bundan sonra saqqız amerikan həyat tərzinin simvoluna çevrilir.

Köpürdülərək qabaran müasir saqqızlar 1928-ci ildə istehsal olunmağa başlayıb. Bu saqqız formulunun müəllifi Uolter Dimer adlı mühasib idi.

Saqqız SSRİ-də ilk dəfə 1957-ci ildə, gənclərin və tələbələrin VI ümumdünya festivalı zamanı qeyri-leqal şəkildə yayılmağa başlayır. “Sülh, dostluq, saqqız!” adlı yarıironik sloqan da o dövrlərdə yayılmağa başlayır.

1970-ci illərdə SSRİ-yə saqqız daha çox Moskva və port şəhərlərindən yayılmağa başlayır.

Fantiklər (rəngli konfet kağızı ), xüsusilə saqqızın içindəki kağızlar kolleksionerlərin marağını cəlb etməyə başlayır, daha çox uşaqlar onu toplamağa, onunla cürbəcür oyunlar oynamağa başlayırlar. SSRİ-yə gələn əcnəbilər uşaqlara paylamaq üçün özləri ilə çoxlu bublqam gətirirlər.

Əcnəbilərin bu səxavəti faciə ilə nəticələnir. 1975-ci ilin mart ayında “Sokolniki” İdman sarayında SSRİ və Kanadanın yeniyetmələrdən ibarət xokkey komandalarının görüşü zamanı əcnəbilər saqqız payladıqları zaman basırıq yaranır və nəticədə 21 nəfər həlak olur.

Ph balansının normallaşması, kariesdən müdafiə, dişlərin sağlamlığı kimi reklam vədlərinin reallıqla heç bir əlaqəsi yoxdur. Ancaq dəniz xəstəliyi-gəmi tutması, təyyarədə səyahət və mədədə qıcqırma zamanı qısamüddətli köməyi dəyir.

Qumfitti (gumfitti)- saqqızın, xüsusən şəhərlərdə ətrafa mühitə vurduğu zərər belə adlanır. Təəssüf ki, istifadə olunmuş saqqızın zərərsiz utilizasiya yolu hələ kəşf olunmayıb.

# 4861 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #