news-inner
clock08:45 calendar-gray 06 İyun 2013 view-gray2106 dəfə oxunub
view-gray2106 dəfə oxunub

Parabüzənin alt paltarı

“Heyvanların söhbəti” proyekti

Sovet şairləri demiş, bahar günəşinin ilıq şəfəqləri Parabüzənin bütün qış uzunu uzandığı evin pəncərəsindən içəri düşdü və onu uzun yuxudan oyatdı. Demək, artıq qış arxada qalıb, Parabüzən təbiətə çıxmalıdı. Üst qanadlarını bəzəməyi sevən böcək yatağından qalxaraq güzgünün qarşısına keçdi. “Görəsən zirehimi bu il hansı rəngə boyayım? Hələ üstünün xalları! Xallara hansı rəng seçim? Keçən ilki kimi bəzənmək istəmirəm! Hələ qoy bir, pəncərədən baxım görüm güllər-çiçəklər, ağaclar, göy üzü nə rəngdədi! Ahaa, alça çiçəkləri ağarır, lalələr qızarır, çobanyastığı sarı-sarı irişir, göy üzü də mavi buludlu! Yox, xoşuma gəlmədi, bunlar dəbdən düşmüş rənglərdi! Zirehimi mavi boyayıb üstünə də alça çiçəyi kimi ağ-ağ xal düzsəm bütün təbiət mənə gülər. Daha tünd rənglər kəşf eləməliyəm. Lalənin rəngi xoşuma gəlir, ancaq o da hərdən bezdirici görünür. Mmm-neynim-neynim? Tapdım! Lalənin rəngini tündləşdirməli!”

Parabüzən güzgünün qarşısında dayanıb fikrindən tünd qırmızı rəng keçirtdi. Bir az keçməmiş onun üst qanadları yavaş-yavaş qəlbindən keçən tünd qırmızı rəngə boyandı. “Bax belə!” deyə mızıldanıb güzgünün qarşısında bir neçə dəfə fırlandı. “Əladı, sifətimin rənginə də düşür! İndi üstünün xallarını qoymalıyam. Hansı-hansı-hansı rəng?” O, pəncərədən təkrar bayıra baxıb gözlərini yuxarı-aşağı hərlədi. “Tapdım əşi! Çobanyastığının rəngi! Ləçəklərinin rəngi yox, yastığının rəngi xoşuma gəldi! Sapsarı, əla! Mən onu bir az da tündləşdirib belimə xal düzərəm! Bəs nə? Xalsız Parabüzənin nə ləzzəti?!”

Bu kəşfindən sonra Parabüzən güzgünün qarşısına keçib xəyalından tünd sarı xallar keçirtdi. Beləcə yavaş-yavaş onun belində sarı xallar əmələ gəldi. “Necədi?” Öz-özünə sual verib güzgünün qarşısında yenə bir neçə dəfə fırlandı. “Bəlkə bir-iki dənə də başqa rəngdən xallayım, hə? Yox, əşi, çox da şitini çıxarmaq olmaz. Görməmiş-zad deyilik ki, onsuz da hamısı öz əlimizdədi. Hələlik bu bəsdi. Lazım olsa, havalar dəyişsə, mən də öz dizaynıma yenidən əl gəzdirərəm. Hələlik çox gözələm!”

O, uçub yaxındakı ağacın budağına qonmaq üçün evinin quru yarpaqdan düzəltdiyi qapısını aralayıb bayıra çıxdı. Yenicə “biiir, ikiii, üççç!” deyib, bəzəkli zireh qanadlarını aralayaraq yumşaq alt qanadlarını açmaq istəyirdi ki, birdən yadına alt qanadlarının rəngi düşdü. “Vay-vay-vay! Az qalmışdı biabır olum! Bəs mən yumşaq alt qanadlarımın rəngini dəyişməmişəm axı! Nə yaxşı yadıma düşdü! Deyəsən, bu qış çox yatmışam, sklerozum artıb, hə?!”

Parabüzən yavaş-yavaş güzgünün qarşısına gəldi. Üst qanadlarını aralayıb altında paraşüt kimi yığılmış alt qanadlarını açdı. O, açıq mavi rəngdə olan alt qanadlarını zərli çərçivə ilə əhatələnmiş balaca güzgüsündə gördü. “Yox, bu rəng artıq moddan düşüb. Əslində bu rəng heç keçən il də xoşuma gəlmirdi, ancaq neyləyəsən, dəblər bizi öz arxası ilə aparır. Bu dəfə dəbə-zada baxmayacağam, alt paltarımın, fu-fu, alt qanadımın rəngini özüm seçəcəm. Belə! Elə bir rəng seçməliyəm, o həm zirehimlə qafiyələnsin, həm də tamam başqa rəng olsun. Qara olmaz, çünki zərif qanada belə rəng ağırlıq gətirər. Düzdü, qəhvəyi rəngi sevirəm, ancaq onu yalnız zireh üçün kullana bilərəm. Boz heç, onun adını da çəkmə! Tapdım eee, tapdım! Dahiyəm dəəə! Şaftalı çiçəyinin rəngi! Əladı, həə? Sarı xallı qırmızı zirehlər aralanır, altından şaftalı çiçəyi rəngində qanadlar açılır və səni istədiyin yerə alıb aparır! Heyf, biz çox uzaqlara uça bilmirik. Eybi yox, az uçsaq da ləzzətli uçuruq. Bunu heç özünə dərd eləməyə dəyməz!”

Parabüzən xəyalına şaftalı çiçəyinin rəngini gətirdi və alt qanadına bu rəngi arzuladı. Onun qanadları tədricən arzuladığı rəngə boyandıqca sevinib qışqırırdı. “Oh-oh-oh! Nə gözəl, nə gözəl, nə gözəl!”

Nəhayət Parabüzənin bəzənməsi başa çatdı. O, özünün bayaqkı hava limanına gəlib qanadlarını açaraq yaxındakı ağacın budağına qondu. Budağın üstündən yavaş-yavaş ağacın gövdəsinə tərəf irəlilədi. “Gedim görüm aşağıda nə var, nə yox!” deyib, ağacdan yerə düşdü. Yerdə otların arası ilə addımlayaraq gəzməyə başladı. Bir xeyli irəliləmişdi ki, qarışqa karvanı onun qarşısını kəsdi. Ağzında iri bir yem aparan Qarışqa yükünü yerə qoyaraq Parabüzənin üstünə təpindi:

- Ey, Parabüzük, çəkil yoldan, mane olma, tıxac yaradırsan!

Adını düz demədiyinə görə Parabüzən Qarışqaya çoxdan demək istədiyi sözləri acıqla döşəməyə başladı:

- Mən Parabüzük yox, Parabüzənəm, ay savadsız! Həyata qul kimi gəlmisiniz, qul kimi də gedəcəksiniz! Ağanız yuvada rahat oturub sizi döydürə-döydürə qul kimi işlədir. Adınıza “zəhmətkeş” dedikcə qızışıb öz çəkinizdən dəfələrlə ağır yükün altına girirsiniz. Bilirsinizmi, bu saat sivil dünyanın işçiləri 4-6 saatlıq iş rejiminə keçmək istəyir, sizi isə gün doğandan gün batanacan eşşək kimi işlədirlər. Qazancınız isə bir qarın yemək olur. Ağzında özündən ağır yük aparmasan yuvanın qapıçıları səni bayıra tullayır. Xəbərin varmı, siz “Ginnesin rekordlar kitabı”na dünyanın ən axmaq məxluqu kimi düşmüsünüz? Qapqara qul sürüsüsünüz, səhərdən axşamacan yem daşıyırsınız. Noolub, bu nə aclıqdı? Hamınız biri-birinizə bənzəyirsiniz, heç birinizin şəxsi adınız yoxdu, yalnız belinizdə nömrəniz var. Qara qullar!!!

Qarışqa Parabüzənin sözlərindən təsirlənsə də qul karvanının təəssübünü vermək istəmədi:

- Sənin kimi müftəxormu yaxşıdı? İndi bəzənib-düzənib gəzirsən, bəs qışda nə yeyəcəksən?

- Ay bədbəxt, mən şəxsiyyətəm, necə istəyirəm, elə də geyinirəm, yaşayıram. Yeyəndə də ağac budaqlarına, yarpaqlarına yığışan dadlı mənənələrdən yeyirəm. Həm də meyvə ağaclarını bu mənasız cücülərdən təmizləyirəm. Bir də ki, belə bəzənməsəm axmaq quşlar gəlib məni yeyər. Hər yoldan ötən yeməsin deyə əcdadlarımız bizə zəhərli süd buraxmağı öyrədib, bildin?!

Qarışqa baxdı ki, burda Parabüzənlə əngə versə nəzarətçilər gəlib onu cəzalandıracaq. Ona görə səsini bir az yumşaltdı:

- Xahiş edirəm çəkil yolumdan, bizə dayanmaq, karvan yolundan qırağa çıxmaq olmaz.

Parabüzənin ona yazığı gəldi və yoldan kənara çəkildi. Qarışqa yükünü təkrar ağzına götürüb öz cığırı ilə irəliləyə-irəliləyə dodaqaltı da olsa son sözlərini Parabüzənə çatdırdı:

- Mənə nə sən mənənə yeyirsən? Sən get uşaqların başını aldat! “İndi gedib atanı gətirəcəm, indi gedib ananı gətirəcəm!” Ayıb deyil, utanmırsan məsum körpələri aldadırsan?

Parabüzən qul karvanında yürüyən Qarışqanın arxasınca qışqırdı:

- Mən uşaqları aldatmıram, ey qul! Mən onlara ümid verirəm, ümid! Sən belə şeyləri hardan biləsən?!

Oxşar xəbərlər

Xəbər lenti

Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
21:00 24 İyun 2021
BMT-nin nümayəndəsi Bakıdakı erməni kilsəsində olub
19:02 24 İyun 2021
Nişanını qaytarıb qohumu ilə evləndi, sevgilisi damarlarını doğradı, arvadı ona görə özünü öldürdü – Video
18:15 24 İyun 2021
Nüsrət Kəsəmənlinin oğlu Şuşaya görə medal aldı
17:40 24 İyun 2021
Cinsi yolla çoxalma sona çatır: Seksdən qurtuluş
17:30 24 İyun 2021
Azərbaycanlı prodüser iş yerində öldü
16:47 24 İyun 2021
Xalq şairinin kitabı təqdim edildi
16:44 24 İyun 2021
Kann festivalının münsiflərinin çoxu qadınlar olacaq
16:04 24 İyun 2021
Qasımın metamorfozu – Yeni hekayə
15:37 24 İyun 2021
Nizami haqda musiqi albomu təqdim olunub
14:55 24 İyun 2021
Cem Yılmazdan peyvənd açıqlaması: Bunun üçün axmaq olmaq lazımdır
14:12 24 İyun 2021
Azərbaycan-İraq mədəni əlaqələri müzakirə olundu
13:36 24 İyun 2021
Kəlbəcərli şair ata ocağına getdi, şeirlər yazdı - Fotolar
12:50 24 İyun 2021
Həkim olmaq istədi, 18 ay daş daşıdı, namaz qıldı – Elçibəy haqda 10 inanılmaz fakt
12:11 24 İyun 2021
Bütün azərbaycanlıların əzbər bildiyi şeir – Mətn
11:30 24 İyun 2021
Uyuşdurucudan çürüyən 16 yaşlı Aykalar - Tarqovıda, Neftçilərdə, Qaraçuxurda...
11:01 24 İyun 2021
Gənc şairimizin kitabı Özbəkistanda çap olunub
10:37 24 İyun 2021
Tanınmış yazıçımızın xanımı vəfat etdi
10:05 24 İyun 2021
Ayaz Salayevin başına bəla olan qadın – Zamin Hacı yazır...
09:01 24 İyun 2021
7 yaşında atasını güllələdilər, Rəsul Rza onun xəstələnməsinə dözməyib dünyasını dəyişdi, ərinin öldüyünü axıracan bilmədi – Nigar Rəfibəylinin film kimi həyatı
21:00 23 İyun 2021