Avtomobil haqqında məzəli şeir

Avtomobil haqqında məzəli şeir
31 may 2013
# 07:00

Gülnarə Hacıyeva

Maşınlar

Hara uçur maşınlar?

Uçur qonur maşınlar.

Qonduğu da ağacdı,

Günahkar da ağacdı.

Hara qaçır maşınlar?

Qaçıb gedir maşınlar.

Gözümü qırpmamış,

Yoxa çıxır maşınlar.

Hər yerdə kameralar,

Paparatsidi onlar.

Arsız ulduzlar kimi,

Şəklə düşür maşınlar.

Xarici “modellərin”,

Qiyməti heç bilinməz.

Elə bil ki, podyumda

Fason verir maşınlar.

Radar filan dəxli yox,

Sürəti heç azalmır.

Qazı basıb gedirlər.

Qırğı kimi maşınlar.

Polisin təqdimatı,

Ləzzət edir onlara.

Dəvət olunub sağa.

Əylənirlər maşınlar.

Nəhayət ki, dayandı,

Düşüncəsi dağıldı.

Bircə anın içində,

Gözdən itdi maşınlar.

“Sürmə yüz, yaşa yüz”,

Bu sənin şüarındı,

Bir də “Allah qorusun!”,

Podpesli maşınlar

# 3482 dəfə oxunub

Oxşar xəbərlər

# # #