"Bunker" filminin ulduzu vəfat etdi

"Bunker" filminin ulduzu vəfat etdi
7 sentyabr 2026
# 10:36

Daha çox Mixael Mendl adı ilə tanınan almaniyalı aktyor Mixael Zandrok 82 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə Almaniyanın BR24 teleradio şirkəti sənətçinin agentinə istinadən məlumat yayıb.

"Mixael Mendl hüznü: aktyor 82 yaşında həyatdan köçdü", – deyə rəsmi məlumatda qeyd olunur.

Mixael Zandrok 20 aprel 1944-cü ildə Almaniyanın Lünen şəhərində anadan olub. O, katolik keşişin nikahdankənar oğlu idi. Aktyorun özünün dediyinə görə, atası vaxtilə anasına evlənməyə söz versə də, sonradan onu tərk edərək başqa qadının yanına gedib.

Sənətçi Essendəki məşhur Folkvanq İncəsənət Universitetini bitirib. Uzunmüddətli karyerası ərzində 200-dən çox film və serialda rol alıb. Xüsusilə, Mendl 2004-cü ildə ekranlara çıxan məşhur "Bunker" (Der Untergang / Downfall) filmində Vermaxt generalı və Berlinin müdafiə komandanı Helmut Veydlinq obrazını ustalıqla canlandırması ilə yaddaşlara həkk olunub. Aktyor həmçinin "Hakimiyyətin kölgəsində" (Im Schatten der Macht) siyasi dramında Villi Brandt roluna görə də tanınırdı və bu işinə görə nüfuzlu "Qızıl kamera" (Goldene Kamera) mükafatına layiq görülmüşdü.

2024-cü ildə Zandrok kino sənətinin inkişafına verdiyi töhfələrə görə "Götz George" mükafatı ilə təltif edilib. 2025-ci ildə isə sənətçiyə dəri xərçəngi diaqnozu qoyulmuşdu. Mərhum aktyorun üç övladı və bir nəvəsi yadigar qalıb. Xəbər kino rubrikasında yer alır.

# 709 dəfə oxunub

Oxşar xəbərlər

"44" bədii filminin xüsusi tizeri yayımlandı

"44" bədii filminin xüsusi tizeri yayımlandı

18:54 14 oktyabr 2026
“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film

“Narniya”nın ilk treyleri yayımlandı – Qreta Qerviqdən 280 milyon dollarlıq film

18:00 14 oktyabr 2026
Avropa Film Mükafatlarına namizədlər bəlli olur:  68 film qısa siyahıya düşdü

Avropa Film Mükafatlarına namizədlər bəlli olur: 68 film qısa siyahıya düşdü

17:00 14 oktyabr 2026
Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər