Kukla Teatrı müvəqqəti narahatlığa görə üzr istədi

Kukla Teatrı müvəqqəti narahatlığa görə üzr istədi
17 aprel 2013
# 10:21

İmprovizə və yozum yoxdursa, teatrın tamaşası bir əhvalatı kustar üsulla göstərməkdən başqa bir şey deyil. Tamaşaçı teatrın şərtiliyini qəbul etmiş adamdır. Onu detallarla, detalların dəqiqliyi ilə təsirləndirmək gülməlidir.

Bu, ötən əsrin əvvəllərində teatrın hələ aktyor və dramaturqun olduğu zamanlarda mümkün idi. Tamaşaçının əlindən pultu aldınsa, darıxmağa qoymamalısan. Üstəlik hər şey bir yana teatrın aktyor kimi ifadə fiquru var...

Kukla Teatrının “Zınqırovlu pişik” adlı tamaşasında pişik qorxusundan tapdığı qırıq-quruğu rahat uda bilməyən siçanlardan birinin ağlına yaxşı bir

fikir gəlir: səsini eşidib vaxtında qaçmaq üçün zınqırovu pişiyin boynuna keçirmək - amma bunu kim etsin? Bu kütləvi problemdir və cəmiyyətin ətrafına onlarla personaj yığa bilən məqamıdır. Kukla teatrının “Zınqırovlu pişiyi” isə həm uşaqların, həm böyüklərin baxması üçündür...

Tamaşaçı kimi darıxanda adamın qəribə arzuları olur- məsələn, əgər tamaşada bir gənc sevdiyi qıza sevgisini uzun-uzadı etiraf etmək üçün darıxdırıcı və uzun cümlələrlə danışırsa, qız da onun deyəcəyini bilirmiş kimi bütün ifadəsi ilə ona qulaq asmırsa, onda qalxıb ondan qabaq qıza bunu demək, əhvalatı tez bitirmək istəyirsən, filmdə lazımlı-lazımsız kadrlar varsa, məsələn darıxdırıcı filmin qəhrəmanının hər dəfə işə düşməyən mühərrikli maşın beş dəfə itələnirsə, filmin azca da olsa irəliləməsi üçün qalxıb o maşını itələmək istəyirsən.

Yaxşı ki, bu tamaşada səhnəyə qalxıb o zınqırovu pişiyin boynuna keçirmək ehtiyacımız sovuşub keçdi. Aktyorlu rejissorlu əhvalatı bu günümüzlə səsləşdirməyə çalışan heyət yavaş-yavaş tamaşaçını ələ almağa başladı. Əzilən, əzən ılə yeyib səllimi gəzənlərin əhvalatı başladı: Siçan və pişiyin simasında təsvir olunan əhvalata maraqlı bir personaj qoşuldu: anbardar. Vizual olaraq bu obraz nə isə deyir: Cırtdan anbardar siçanlar və pişik üçün böyükdür, amma obrazın fiziki ölçüləri onun daxili cılızlığını göstərir. Hərçənd, aktyor Aslan Qəhrəmanov bunu duya və tam göstərə bilmir...

Yaşanılan daimi qorxunun (Siçanlar pişiklərin onları yeyəcəyindən, pişiklər anbardarın onu qovacağından anbardarsa yəqin ki sahibin onu qovacağından qorxur), durmadan aparılan təmirin və yerdəyişmənin, yenidən yenilənmənin siçanların həyatına necə təsir etdiyi göstərilir. Tamaşaçılara siçan kimi yaşamağın necə olduğunu göstərirlər. Nə bilmək olar, bəlkə də əksinədi, siçanlar adam kimi yaşamağın necə olduğunu hiss edirlər...

Tamaşa əhvalatın müstəvisində bu qədər aktualdır, günümüzlə, cəmiyyətimizlə səsləşir. Tamaşaçısa bunu özünə transfer etmək üçün təsirlənməlidi. Qıcıqlanmalıdır. Bunun üçün tamaşa forma və estetik həll baxımdan yetkin olmalıdır. Musiqisi, rəqsləri, dekoru və aktyor oyunu ilə mükəmməl olmalıdı. Tamaşa müəlliflərisə sanki tamaşanın keyfiyyətindən şübhəli, nigaran qalıblar. Bəlkə bu nigarançılıqdanmı, bəlkə əyləndirməli olduğu tamaşaçıya yaşadıqları həyatın necə ağır olduğunu xatırlatdığındanmı, sonda xəbərdarlıq lövhəsi ilə tamaşaya-əhvalata yekun vururlar. Bu lövhələri siz şəhərin çox yerində görmüsünüz: «Müvəqqəti narahatçılığa görə üzr istəyirik». Məsələ təkcə zınqırovu pişiyin boynundan asmaqda deyil. Yoxsa tamaşa hazırlamağa nə vardı ki? Yəni, nə başınızı ağrıdım....

# 4028 dəfə oxunub

Oxşar xəbərlər

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər