Əsl qalib, əsl sahib kimi qayıdaq

Əsl qalib, əsl sahib kimi qayıdaq
26 fevral 2013
# 16:34

26 fevral tarixini bütün Azərbaycan xalqı və dünyada yaşayan 50 milyona yaxın soydaşımız Xocalı soyqırımı günü, bir matəm olaraq qeyd edir.

26 fevral 1992-ci ildə Xocalıya erməni faşistləri tərəfindən hücum oldu, şəhər tamamilə yerlə yeksan edildi, külə döndərildi. Ermənilər yerli dinc sakinlərə işgəncələr verərək əsl soyqırımı torətdilər, bu azmış kimi onlar insanların ruhlarına da, soyuq meyitlərindən də əl çəkmədilər, öz törətdikləri vəhşiliklərdən həzz aldılar. O soyuqda, o şaxtada cinayətkarların bir məqsədi var idi – hər kəsi öldürmək, məhv etmək, yandırmaq və əzab vermək. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi. Dinc sakinlər diri-diri yandırıldı, başları kəsildi, qafalarının dərisi soyuldu, körpələrin gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yırtıldı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edildi. Uşaqları öldürmək, yaşlı insanlara əzab vermək, insanların başlarını kəsmək, o başla futbol oynamaq, gözlərini çıxarıb, əl-qollarını şikəst etmək və bundan da da betər vəhşiliklərdən həzz aldılar. Bunu ermənilərin üzdəniraq “ziyalıları” da öz kitablarında yazıblar.

O hadisədən sonra çox az adam sağ qaldı demək olar ki azlıq, neçə nəfər didərgin düşdü, yarısı meşədə soyuqdan donub öldü, neçə nəfər əlil qaldı, tək tük adam qaça bildi, onlar da indi Azərbaycanın bütün rayonlarında qaçqın və məcburi köçkün statusu ilə yaşayırlar, halbuki onların tam haqları var ki, öz torpaqlarında yaşasınlar. Hətta belə hadisə də yadımdadır, ki Xocalı Soyqırımının canlı şahidi olan bir uşaqdan soruşurlar ki, o faciədən nə yadında qalıb, o isə dedi: “Niyyətim sadəcə Ermənilərdən qisas almaq və tezliklə Xocalıya ata-baba yurduma qayıtmaqdı”. Bunları necə adlandırmaq olar, bu vəhşiləri necə bağışlamaq olar, kimsə nə vaxtsa da bağışlasa da bunları Allah Təala bunu heç vaxt bağışlamayacaq, çünki Allah verən canı heç kəs ala bilməz, ermənilər isə əsl vəhşidirlər, şeytandırlar. Allah şeytana lənət eləsin. Vallah mən o kadrlara baxanda həmişə gözlərim yaşarır, bədənim titrəyir, onlara nifrətim günü-gündən artır və mən özüm özümə belə bir təsəlli verirəm ki, dözmək lazımdı, az qalıb, tezliklə her şey öz yerini tutacaq, düşmənlərimiz öz cəzalarını alacaqlar, bu belə qalmayacaq.

Neçə dəfə Xocalıya həsr olunmuş roliklər gedib bütün dünya bunu görüb, izləyib. Onlar artıq anlayırlar ki, erməni milləti qatildi və 21 il bundan əvvəl əsl vandal kimi, əsl qatil kimi, əsl vəhşi kimi bu soyqırımı törədənlər məhz erməni quldurları idi. Yavaş-yavaş hamı bu vandaların kim olduğunu görür. Ermənilər qətiyyətlə və həyasızcasına bəyan edirlər ki, bütün Dağlıq Qarabağ sırf erməni torpağıdı və Xocalıda heç vaxt soyqırımı olmayıb, yaxşı bəs bunu necə adlandırmaq olar. Bu cəfəngiyatı ancaq erməni kimi alçaq millət deyə bilər. Erməni quldurları deyirlər ki, guya türklər onlara qarşı soyqırımı törədiblər, nə qədər erməni qətlə yetiriblər. Belə uydurma “faktlarla” saxta tarix yaratmaq istəyirlər.

Daha demirlər ki, özləri Xocalını nə günə qoydular, nə qədər insanı amansızcasına qətlə yetirdilər, sakinlərə nə qədər əzab əziyyət verdilər, bunlar yada düşmür, yadlarından “tamamilə çıxıb”. Bu hadisə onların iç üzünü açdı, hiyləgər və necə işğalçı millət olduqlarına hamı bələd oldu. Xocalı soyqırımı bu vəhşiliyin bir sübutu kimi göz qabağındadı. Bu soyqırımı 20 əsrin ən dəhşətli faciəsidi.

Xocalı soyqırımının hər ildönümü dünyanın bir çox nöqtəsində anılır.

Allah bütün bizim igid oğullarımıza, qızlarımıza, şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qalanlara isə səbir versin, şəhidlərimizin qanı yerdə qalmayacaq, nə vaxtsa bizim millət onların qisasını alacaq, gec-tez həqiqət üzə çıxacaq, və şəhidlərimizin ruhu rahat yatacaq. Amin, həqiqət bizimlədi. Biz gərək öz vətənimizi bizim şəhidlərimiz kimi sevək necə onlar canlarını verdilər öz vətənləri naminə eləcə də biz, hər bir Azərbaycanlı üçün vətən birinci yerdə olmalıdı, biz onu həmişə sevməliyik və hər zaman qorumalıyıq.
Bu gün mənim də, hər bir azərbaycanlının da arzusudu ki, o torpaqlara bizim səfalı yerlərimizə, Qarabağımıza, Şuşamıza, Xankəndimizə, qayıdaq. Ora əsl qalib kimi qayıdaq, ora əsl sahib kimi qayıdaq, ora əsl ev yiyəsi kimi qayıdaq. Qarabağda bizim üç rəngli şanlı bayrağımızı qaldıraq və O orda həmişə dalğalansın, əsl Azərbaycan torpağı kimi.

Azərbaycan bayrağı həmişə yüksəkliklərdə olmalıdı.

Leyla Namazova

# 1378 dəfə oxunub

Oxşar xəbərlər

# # #