Van Qoqun 88 tablosu sərgiyə çıxarıldı

Van Qoqun 88 tablosu sərgiyə çıxarıldı
16 sentyabr 2026
# 11:30

Niderlandın Kröller-Müller (Kröller-Müller) muzeyi 1984-cü ildən bəri ilk dəfə olaraq dahi rəssam Vinsent van Qoqun (Vincent van Gogh) kolleksiyasında olan 88 tablonun hamısını eyni anda sənətsevərlərin ixtiyarına verib.

Kulis.az xəbər verir ki, unikal sərgidə sənətkarın ən önəmli əsərlərindən sayılan "Kartof yeyənlər" (The Potato Eaters) də yer alır.

Niderlandın mərkəzində yerləşən bu muzey 19-cu əsrin niderlandlı ustası Van Qoqun dünyadakı ən böyük fərdi rəsm kolleksiyalarından birinə ev sahibliyi edir. Lakin kolleksiyadakı əsərlər nadir hallarda bir yerdə nümayiş olunur. Muzeyin açıqlamasında bunun 21-ci əsrin ən əhatəli Van Qoq sərgilərindən biri olduğu xüsusi vurğulanıb. Bu həftə ziyarətə açılan sərgi gələn ilin yanvar ayınadək qonaqları qəbul edəcək.

"Van Qoq, Bütün Rəsmlərimiz" (Van Gogh, All Our Paintings) adlanan sərgidə rəssamın 1885-ci ildə kəndli həyatını təsvir etdiyi dünyaca məşhur "Kartof yeyənlər" tablosu ilə yanaşı, "Gecə kafesinin terası" (1888) və "Nyuenendə köhnə qüllə" (1884) kimi şedevrləri də nümayiş etdirilir. Sərgidə yer alan əsərlərin böyük əksəriyyəti muzeyin qurucusu Helen Kröller-Müller (Helene Kröller-Müller) tərəfindən 1908-1930-cu illər arasında satın alınıb.

Muzey rəhbərliyinin sözlərinə görə, sərgi bütün tabloları üç ilahi fəzilətlə – inanc, ümid və sevgi ilə əlaqələndirərək təqdim edir:

"Bu üç mövzu Van Qoqun həyatında və yaradıcılığında mərkəzi rol oynayır. Sənətkar öz əsərləri vasitəsilə başqalarına ümid və təsəlli verməyi hədəfləyirdi".

Vinsent van Qoq kimdir?

Vinsent van Qoq (Vincent van Gogh; 30 mart 1853 – 29 iyul 1890) — post-impressionizm cərəyanının ən görkəmli nümayəndələrindən biri, sənət tarixinin ən tanınmış və məhsuldar rəssamlarından qəbul edilir. O, qısamüddətli karyerasına təxminən 900 rəsm əsəri sığdırıb. Sənətkar ən məşhur əsərlərinin çoxunu Fransada yaşadığı dövrdə yaradıb və həmin vaxt unudulmaz "Günəbaxanlar" (Sunflowers) seriyası ilə yanaşı, çoxsaylı avtoportretlərə imza atıb. Həyatı boyu ciddi psixoloji problemlərdən və yoxsulluqdan əziyyət çəkən dahi rəssam, 1890-cı ildə 37 yaşında ikən tapança ilə sinəsinə atəş açaraq intihar edib. Onun əsərləri ölümündən sonra qlobal şöhrət qazanıb və müasir incəsənətin təməl daşlarından birinə çevrilib.

# 678 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər