news-inner
clock09:01 calendar-gray 22 İyun 2021 view-gray1293 dəfə oxunub
view-gray1293 dəfə oxunub

Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm

Mənim mələyimə ithaf olunur.

Kulis.az “Hekayə günü” azərbaycanlı lezbiyan yazar Aylin Vaysın “Özgə həyatından bir gün” hekaysəini təqdim edir.

Mən "Yekaterinburq-Press" nəşriyyatının həm son dərəcə tanış, həm də artıq yadlaşmış binasına daxil oluram. İlk vaxtlar nəşriyyat bu on iki mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən balaca bir otaqdan ibarət idi. İndi isə nəhəng maşına, Yekaterinburq şəhərinin ruporuna çevrilib. Bir neçə il əvvəl nəşriyyatın işləri yaxşı getməyə başlamışdı və o, düz zirzəmiyə qədər bütün on iki mərtəbəni işğal eləyərək genişlənmişdi.

Liftlə redaksiyanın məskən saldığı yeddinci mərtəbəyə qalxıram və şüşəli uzun dəhlizlə addımlayıram. Yadımdadır ki, biz bura divarboyu yüksələn nəhəng pəncərələrdən şəhərə baxmağa gəlirdik və nə vaxtsa buranın bizim "redaksiyanın" mərtəbəsi olacağını xəyal eləyirdik. Xəyalımız çin oldu, amma mənsiz.

- Katya, salam! - gülümsəyərək xoşagəlimli katibəyə müraciət eləyirəm. O, gözlərini kompüterin monitoruna dikib ciddi-cəhdlə nəsə yazır.

- Anastasiya Andreyevna! Salam! Çoxdandır, görünmürdünüz! - Katya işindən ayrılıb səfeh təbəssümlə yerindən qalxır.

- Müdir yerindədir? - mən istehzayla soruşuram.

- Hə, amma bu gün kefi yoxdur, - o, gözlərini süzdürüb cavab verir.

- Həmişəki kimi.

Üzərinə "Vasilyeva Anna Aleksandrovna. Baş redaktor" lövhəsi vurulmuş qapını döyüb tərəddüdlə açıram.

- Axı, dedim ki, mən yoxam! - içəridən əsəbi səs gəlir qulağıma.

Anya, mənim Anyam. O, sərt xarakterilə fərqlənirdi, amma hər şeydən çox məhz bu cəhəti adamı cəzb eləyirdi. Bir az da ona görə ki, bu sarsılmaz "Dəmir ledi" maskasının altında xeyirxah, mehriban və maraqlı bir qız vardı. Məqsədyönlü, hərdən sadəlövh, bir az da avantürist olan Anya həmişə nə istədiyini və istədiyi şeyi necə əldə edəcəyini bilirdi. Elə buna görə də, onunla qürur duyuram. O, hər şeyi özü qazanmağı bacarıb.

Anna pəncərənin önündə dayanıb, odur ki, içəri girənin katibəsi yox, mən olduğumu görmür.

- Sən yoxsansa, onda mənə cavab verən kimdir? - gülümsəyə-gülümsəyə soruşuram.

- Aman Tanrım! Sən hara, bura hara? - Anya səsimə diksinib çevrilir və məni qucaqlamaqdan ötrü yaxınlaşa-yaxınlaşa deyir.

- Nastya, səni gördüyümə elə sevindim ki!

- Hələ məni demirsən! - mən xoşbəxtcəsinə deyirəm.

Məndən olsaydı, həmişəlik onun qollarının arasında qalardım...

- Hə, danış görüm, hardan gəlirsən? Yəqin, yenə ölkəni gəzirsən, hə? - o, qanuni yerinə əyləşərək məndən soruşur.
- Gəzirəm. İndi yenə Moskvaya gedirəm. Yolüstü burdan keçirdim, sənə baş çəkmək qərarına gəldim, - onunla üzbəüz otururam.

- Çox düz eləmisən. Bura il yarımdan bir gəlirsən, onda da səninlə ancaq telefonda danışırıq. Katya, zəhmət olmazsa, qəhvə gətir, - Anya artıq telefonun dəstəyinə danışır.

- İşlərin necə gedir? Niyə yağmurlu gün kimi tutqunsan?

- Soruşmasan, yaxşıdır. Mətbəədə yenə hər şeyi bir-birinə qarışdırıblar, nəsə fikirləşmək lazımdır, yoxsa bütün tirajı dayandırmaq lazım gələcək. Amma bu, vacib deyil. Yaxşısı budur, danış görüm, səndə nə var, nə yox? Oğlun necədir?
- Hər şey normaldır. İşləyirəm, evdə nadir hallarda oluram. Yəqin, bu, məni ərimlə görüşməkdən xilas eləyən yeganə şeydir, - hətta ərimlə yaxınlıq fikrinin belə, məni nə qədər iyrəndirdiyini görməsin deyəqeyri-ixtiyari baxışlarımı yerə dikirəm. - Oğlum artıq üçüncü sinifdə oxuyur.

- Vaxt necə sürətlə keçir?! Mən onun lap körpəliyini xatırlayıram, - o gülür və mənim kimi baxışlarını yayındırır.
Uşaq – müqəddəs arzudur. Sosial qəyyumluq idarələrinin bu məsələyə kəskin münasibətini və bütün bürokratik əngəlləri nəzərə alsaq, qeyri-ənənəvi ailədə bu arzunu gerçəkləşdirmək həddindən artıq çətindir.

Həmin anda Katya içəri girir və şirniyyatlar, qəhvə dolu məcməyini gətirir. Hər şeyi masanın üstünə qoyur, gülümsəyərək kabinetdən çıxır.

- Səndən ötrü darıxırdım, - mən özüm üçün də gözlənilməz, yavaş səslə deyirəm.

- Hə? - o çeçəyir və öskürərək davam eləyir, - təəccüblü deyil, hardasa iki ildir ki, nəşriyyata gəlmirdin. Halbuki yola burdan başlamışdın. Hətta, deyərdim ki, səni təcrübəli, səriştəli işçi kimi məhz mən yetişdirmişəm, - yüngül təbəssüm onun karıxdığını gizlədə bilmir.

- Mən tez-tez gələ bilmirəm, - onun masasından götürdüyüm kiçik bloknotu əlimdə didişdirirəm, içimdə coşan duyğuları sakitləşdirməyə çalışıram.

- Yaxşı bilirsən ki, biz hər zaman səni görməyə şadıq, - Anna üzünə laqeyd bir ifadə verərək söhbəti davam etdirir. - Katya sənin pərəstişkarındır, hər dəfə sən gəlib-gedəndən sonra o, uzun müddət xəyalpərvər baxışlarla gəzir.
Mən divara tərəf çevrilirəm, nəfəsimi dərməyə çalışıram. Anyaya baxanda içimdə qarşısıalınmaz bir istək oyanır, onu öpmək istəyirəm. Hər dəfə nəşriyyata gələndə özümə nəzarət etməyə, soyuqqanlı olmağa cəhd eləyirəm. Bu, dözülməzdir. Guya biz sadəcə dost, keçmiş həmkarmışıq kimi davranmaq dözülməzdir. Mən məhz onun ucbatından Moskvaya getmişəm, orda yaşayıb orda işləməyə başlamışam. Çünkionun laqeydliyinə daha dözə bilmirdim, çünki onun sevdiyi qızı necə qucaqladığını, öpdüyünü görəndə ürəyim parçalanırdı, çünki...

Təbii ki, o, bunların hamısını çox yaxşı bilirdi. Yox, o, qəsdən məni incitməyə, əzab verməyə çalışmırdı. Sadəcə, Anya mənim heteroseksual olduğuma ürəkdən inanırdı, mənim evliliyimin məcburiyyət olduğu heç ağlına da gəlmirdi. Xəbəri yox idi ki, ərimin sevgisi mənə zərrə qədər də həzz vermir.

Amma bunların heç biri vacib deyildi. O xoşbəxtdir - vacib olan budur. Mən isə... Mən öhdəsindən gələcəm. Gəlməliyəm.

- Mən bura təkcə sənin üçün gəlirəm. Yoxsa elə bilirsən, Volqoqraddan Moskvaya gedən yol Yekaterinburqdan keçir?
Susuruq. Hər dəfə mən ona öz hisslərimdən danışmağa cəhd eləyəndə belə naqolaylıq yaranır. Gözlərimi qaldırıram və onun mənə zillənən baxışlarını görürəm, bu baxışlar başımı hərləndirir.

Belə eləmə, - qəflətən o, qətiyyətlə söyləyir.

- Yaxşı, - mən fincanı götürüb qəhvə içməyə çalışıram, amma qəhər boğazımda düyümlənib və mənə elə gəlir ki, bu dəqiqə göz yaşlarım sel kimi axacaq.

Ayağa qalxıb pəncərəyə yaxınlaşıram. Bir vaxtlar çox sevdiyim mənzərə indi mənə yad olub. Uşaqlığımın, gəncliyimin keçdiyi bu şəhər, birlikdə bu küçələrdə gəzdiyimiz ən xoşbəxt anlar daha mənə aid deyil.

- İstəyirsənsə, bir də bura gəlmərəm, - nəhayət, titrək səslə deyirəm.

O susur. Deməli, buna etirazı yoxdur: çünki belə daha yaxşı olar... Hər kəs üçün.

- Mən səni həmişə sevəcəm, - deyib ona yaxınlaşıram, əyilib öpürəm.

news-inner-user

19416 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“O videoda Səfurə xanımın kürəyi qan içindədir” – Məlahət Abbasova dəhşətli faktlar açıqladı – Geniş müsahibə
09:01 26 İyul 2021
Rəsulzadə haqda kitabın təqdimatı olub
15:28 25 İyul 2021
Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?
12:53 25 İyul 2021
Şukşinin hekayəsi: "Barmaqsız" – Dilimizdə ilk dəfə
10:30 25 İyul 2021
Xalq artisti vəfat edib
18:42 24 İyul 2021
Istanbulda Beynəlxalq Qısametrajlı Film Festivalı keçiriləcək
17:18 24 İyul 2021
Göy üzü ərşə qalxan əzablarla doludu – Salam Sarvandan şeirlər
16:30 24 İyul 2021
Mədəniyyət naziri Reza Deqati ilə görüşüb
15:27 24 İyul 2021
Həmid Piriyevin yeni kitabı çıxdı
14:45 24 İyul 2021
Mədəniyyət Nazirliyi Televiziya kanalları ilə iclas keçirib
13:41 24 İyul 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
12:30 24 İyul 2021
Azərbaycanlı gənc müğənni qəflətən öldü - Foto
11:32 24 İyul 2021
Dünyanın ən gözəl yarımçığı - Nihat Pir yazır...
10:31 24 İyul 2021
100 dilə tərcümə olundu, bəstəkarı həbs edildi, adına muzey açıldı – “Cücələrim”in qeyri-adi taleyi
09:00 24 İyul 2021
Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası” - Sabir Mirzəyevdən maraqlı faktlar
21:00 23 İyul 2021
“Cırtdan” tamaşası onlayn göstəriləcək
19:00 23 İyul 2021
Milli Mətbuat Günü viktorinasının qalibi bilindi
18:30 23 İyul 2021
Aktrisa “Sənətkar” medalına layiq görüldü
17:30 23 İyul 2021
Köhnə məhəbbətin qız tanışları...
16:40 23 İyul 2021
Burda ölə bilməyənlər basdırılıb – Orxan Yaşarın şeirləri
16:01 23 İyul 2021