news-inner
clock16:30 calendar-gray 24 May 2021 view-gray1917 dəfə oxunub
view-gray1917 dəfə oxunub

Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj

Kulis.az Xalq rəssamı Tahir Salahovun dəfnindən reportajı təqdim edir.

Rəsm – sözsüz şeirdir.

Adını xatırlamadığım hansısa bir dahi rəsm haqqında belə demişdi.

Şeiri fırçası ilə çəkən bir rəssamımızı itirdik.

Tahir Salahovu!

Və mən onun vida mərasiminə tələsirəm.

Qız Qalasının yanından keçib İçərişəhərə ayaq basıram.

Buralar mənə həmişə rəsm əsərlərini xatırladıb.

Yəqin, Qız Qalası da bu sənət nümunələrinin keşiyində dayandığı üçün belə əzəmətli və məğrur görünür.

Tələsik addımlarla dar və bir o qədər də gözəl küçələrə daxil oluram. Xəzərdən əsən külək şıltaq uşaqlar kimi qədim divarların arasıyla qaçır.

Döşəmə daşlı küçələr, sarı divarlar, dibçəkli eyvanlar, taxta qapılar…

Hərdən mənə elə gəlir ki, burada doğulan insanların şair, rəssam, musiqiçi olmaması mümkün deyil.

Rəssam olmaq da Şərqlə Qərbin beşiyindəki bu şəhərdə dünyaya göz açmış Tahir Salahovun taleyi idi.

Əlbəttə, amerikalı şair Uolt Uitmenin də dediyi kimi, incəsənət bütövdür, nə Şərqə, nə də Qərbə məxsus deyil, amma mən yenə də sevinirəm. Sevinirəm ki, Tahir Salahovla eyni şəhərdə dünyaya göz açmışam…

Rəssamın ev muzeyini axtara-axtara bu tarixi küçələrin sehrinə qapılıram.

Bir rəssam öldü…

Beynimin küçələrində bu kədərli xəbər fon musiqisi kimi məni müşayiət edir.

Tahir Salahov burada doğulub. Bir vaxtlar o da elə bu küləklər kimi bu küçələrdə qaçıb, divarlarına sığal çəkib.

Yəqin küləklər də xəbər tutub…

Azdığım küçələrdən birindən sola dönürəm və rəssamın ev muzeyini tapıram.

Qapını açan xanım vida mərasiminin burada yox, Təzə Pir məscidində olacağını deyir. Yenə küləklərə qoşulub rəssamla vidalaşmağa tələsirəm.

Təəssüf ki, pandemiyanın yaratdığı mövcud vəziyyətə görə vida mərasiminə rəssamın ailə üzvlərindən başqa heç kim buraxılmır.

Biz onun Fəxri Xiyabanda dəfn ediləcəyini əvvəldən bilirik.

Mən də ora gedirəm.

...Fəxri Xiyabandayıq.

Tahir Salahovun məzarı Vaqif Səmədoğlunun qəbri ilə üzbəüz qazılıb. Vaqif Səmədoğlunun məzarında yazılan məşhur misrasını oxuyuram:

“Mən burdayam, ilahi!”

Buradadır, ilahi! Sevdiyimiz sənətkarların əksəriyyəti buradadır. Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Rəşid Behbudov, Bülbül…

Bir azdan bu şəhərin, bu ölkənin, bu dünyanın bir rəssamı da burada olacaq.

Bakının əli mazutlu fəhlələrini, zəhmətkeş adamlarını, gözəl Abşeron qadınlarını fırçası ilə ölümsüzləşdirən rəssam - Tahir Salahov…

Rəssamın tabutunu maşından çıxarırlar. Qara paltarlı qadınlar - bacısı, qızı, ailə üzvləri tabutun ardınca addımlayırlar…

Kimsə kimdənsə soruşur:

- Ən böyük əsəri hansı idi?

Operatorumuz Xəqani cavab verir:

- Ölümü…

Cavab çox xoşuma gəlir, amma sonra düşünürəm ki, Tahir Salahovun ölümündən də böyük əsəri elə dünyaya gəlişi idi.

Quran ayələrinin sədası altında böyük rəssamı torpağa tapşırırlar.

“Sənətkarlar heç vaxt ölmür!” deyə düşünüb rahatlıq tapıram.

Bacısı Zərifə xanım da çıxışında bunları deyir:

“Tahir Salahovun ölümü tək Azərbaycan üçün yox, bütün sivil dünya və sənət aləmi üçün ağır itkidir…”

Bir kənarda səssizcə dayanmış Xalq rəssamı Sakit Məmmədova yaxınlaşıram:

- Allah rəhmət eləsin, Sakit bəy. Yaxın dost idiniz... Nələr demək istəyərdiniz?

- Çox sağ olun! Bəli, yaxın dost idik, amma mən bu gün yaxın dostumun ölümündən çox, böyük bir rəssamın ölümünə üzülürəm. Tahir Salahov bizim rəssamlıq sənətimizin pasportu idi! O, Azərbaycan rəssamlığının kralı idi. Bir vaxtlar rəssamlığa adi peşə kimi baxırdılar, amma o, rəssamlığın necə böyük sənət olduğunu göstərdi.

- Onu necə xatırlayırsınız?

- Onun çox nəhəng, rəngli dünyası var idi. Tahir Salahovda olan həyat eşqi heç kimdə yox idi. Heç vaxt alicənablığından qalmırdı, insanların içində seçilirdi. Rəsmlərini də çox böyük sevgiylə çəkirdi. Mənə elə gəlir ki, biz əsrlər boyu Tahir Salahovla qürur duyacağıq. Mən isə ikiqat fəxr edirəm ki, onunla həm də dost idim.

- İndi Tahir Salahovla bağlı hansı xatirəniz yadınıza düşür?

- Onunla bağlı çox maraqlı xatirələrim var. İllər öncə birlikdə Portuqaliyada, Lissabon şəhərində sərgimiz olmuşdu. Orada çox gözəl günlər keçirmişdik. Pavilyonlarımız yan-yana idi, ikimiz də Azərbaycanı təmsil edirdik.

- Yaş fərqiniz çox idi, amma dostluğunuz alınırdı.

- Bəli, yaş fərqimiz çox idi, amma çox yaxın da dost idik. Tez-tez telefonla danışırdıq, Bakıya gələndə ilk gəldiyi yerlərdən biri mənim emalatxanam olurdu. Gün təyin eləyirdik, görüşürdük. Axırıncı dəfə elə Almaniyada olanda danışmışdıq. Demişdi, sağalmışam, yaxşıyam, gəlirəm Bakıya… Çox böyük bir sənətkarı itirdik. O, bütün həyatını rəssam kimi yaşadı.

- Necə dostlaşmışdınız?

- Gənc olsam da məni tanıyırdı. Sonra mənim Bakıdakı, Moskvadakı sərgilərimə gəlmişdi. Belə münasibətimiz yaranmışdı. O bizə gəlirdi, mən onların evinə gedirdim.

- Onun portretini çəkməmisiniz?

- Xeyr. Yəqin, onunla bağlı nələrsə edəcəyik. Tək mən yox, bir çox rəssamlar. Mənim əsas fikrim isə Tahir Salahovun xatirəsinə böyük bir sərgi keçirməkdi. Bəlkə il dönümündə.

Sakit Məmmədovla sağollaşıb xiyabanı kədər içində tərk edirəm.

Əlvida, Bakını duyan, sevən rəssam!

Əlvida, küləyi belə görən və bizə göstərən rəssam!

Bakı səni heç vaxt unutmayacaq.

Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj"> Tahir Salahov necə dəfn olundu? - Reportaj" data-description="gallery" alt="Vida mərasiminə heç kimi buraxmadılar – Tahir Salahov necə dəfn olundu? - Reportaj">
news-inner-user
Ulucay Akif

106 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021