news-inner
clock08:59 calendar-gray 08 Oktyabr 2020 view-gray1000 dəfə oxunub
view-gray1000 dəfə oxunub

Murad Arif: “Erməni aktyor paylaşımına görə məndən üzr istədi” – Müsahibə

Kulis.az son günlər sosial şəbəkələrdəki aktiv fəaliyyəti ilə seçilən müğənni Murad Ariflə gündəm söhbətini təqdim edir.

- Füzulinin bir neçə kəndinin işğaldan azad olunması xəbəri sənin ad gününə təsadüf etdi. Bir tərəfi həmin torpaqlardan olan bir insan olaraq hansı hissləri keçirtdin?

- Bu, qarışıq bir hissdir. Mənim üçün ən gözəl hədiyyə idi. Qətiyyən qüssəni, kədəri, sentimental hissləri yaxın buraxmaq istəmirəm. Bu, bizim ailəmizin, nəslimizin itirdiyi şəhidlərin düşüncəsidir, cah-cəlalını qoyub yataqxanalarda yaşamağa məcbur qalan nənəmin, xalamın, ailə üzvlərimin düşüncəsidir. Bu hisslərin arasında ən möhtəşəmi isə xalqın birliyi, əzmi, döyüşlərin bitməsindən keçirtdiyi narahatlıqdır. Bu, sözlə ifadə olunmayan hisslərdir. Bundan gözəl nə ola bilər? Belə birlik günlərinə çox ehtiyacımız var.

Sentyabrın 27-dən bəri, demək olar, yatmıram. Bu, mənim mənəvi borcumdur, bunu etməliyəm. Aktivliyim yalnız öz səhifəmdə deyil. Bilirsən ki, erməni diasporundan öyrənəcəyimiz çox şey var. Onlar bu istiqamətdə daha təcrübəli, daha səfərbərdir. Bizdə də bunu formalaşdırmağa çalışırıq. Yalanlarını ifşa etmək üçün qarşılarına tarixi faktlara çıxmağa çalışırıq.

Gallery

- Bildiyim qədər, iki informasiya müharibəsində iki dildə mübarizə aparırsan.

- Azərbaycan həqiqətlərini, erməni riyakarlığını dünyaya iki yox, bir neçə dildə, o cümlədən tərcüməçi vasitəsi ilə erməni dilində paylaşıram. Bu işdə ingilis və rus dillərini bilməyimin mənə köməyi dəyir. Döyüşlər başlayandan bəri boş durmuram. Əlimdən gələn hələlik budur.

- Ermənistan tərəfdən döyüş bölgəsində iştirak edən Rusiyanın məşhur rok müğənnisi Yuliya Çiçerina İnstagram-da səhifəni əngəlləyib. Onunla bu mövzuda qarşıdurma yaşadınmı?

- Təkcə Yuliya Çiçerina deyil, Rusiyanın ən məşhur yumoristləri Taş, Qarik Martirasyan da mənim səhifəmi əngəlləyiblər. Bu, onun nəticəsidir ki, mən onların ortaya atdıqları yalanlarla mübarizə aparıram və qarşılarına tarixi faktlar qoyuram. Cavab verə bilmədikləri üçün əngəlləyirlər. Biz informasiya müharibəsində də onlardan üstünük. Məsələn, Rusiyanın ən məşhur yumoristlərindən Mixail Qalustyan yazdığım faktlara dözə bilməyib şəxsi mesaj qutuma müraciət etdi. Yazdı ki, bilmədiyim şeylər varsa, izah et. Açığı, onun tərəfindən bir az adekvat münasibət idi. Mən də eyni təmkin, səbirlə mədəniyyət və etika çərçivəmi aşmayaraq onun dilindən “təəssüf edirəm, başsağlığı verirəm, söz verirəm ki, dəqiq bilmədiyim məlumatları yenidən araşdıracam” cavablarını aldım.

Gallery

Əlbəttə, onlar bu saat cəbhədə uduzduqları üçün xalqımızda ruh düşkünlüyü yaratmağa çalışırlar. Burdan sizin oxucularınıza da səslənirəm ki, qətiyyən bu günlərdə ağlamaq, sızlamaq olmaz. Labüddür, şəhid də, itki də olacaq. Bu gün daha vacib olan döyüş ruhudur. Könüllü olaraq yazılanda qəbul da etmirlər, deyirlər, ehtiyac yoxdur. Mən özüm müraciət edərkən belə cavab aldım. Amma bizim ötürdüyümüz enerji, xalqın ruhu əsgərlərimizə gedib çatır. Onsuz da üstünlük bizdədir, bu ab-havanı hər kəsə ötürməliyik. Düşmənin bizə psixoloji təzyiqi var. Bizə aid olmayan görüntülər paylaşırlar. Mən istərdim, xalqımız o videolara reaksiya verməsin, daha müqəddəs qələbəyə köklənsin. Bu, çox əhəmiyyətlidir. Əgər biz informasiya müharibəsində, paylaşdığımız hər şərhdə, statusda bədbinliyə qapılsaq, düşmən bizi üstələyər.

- Dünyaca məşhur müğənnilər Elton Con, Kardi B həqiqətə uyğun gəlməyən paylaşımlar etdilər. Leydi Qaqa ermənilərə klip həsr etdi. Ermənilər dünya ulduzlarının diqqətini öz qondarma problemlərinə çəkməyi necə bacarır?

- Bu erməni təbliğatının güclü olmasından xəbər verir. Tarixən dünyaya səpələnmiş bu millət kompleks və acıqlarından mərkəzləşə, səfərbər ola biliblər. Bu mütəşəkkilliyin nəticəsidir ki, erməni PR maşını sistemli işləyir. İnandırım səni, o ulduzların heç biri Ermənistan haqqında dolğun məlumata malik deyil.

Mən Elton Conun, Kardi B-nin paylaşımı ilə bağlı haştaq yaratdım. Məzmunu o idi ki, Kardi B terroru dəstəkləyir. Sevinirəm ki, mübarizəm nəticə verdi. Elton Con məlum paylaşımını artıq İnstagramdan qaldırıb, Kardi B isə üzrxahlıq postu paylaşıb, yazdı ki, mən terroru dəstəkləmirəm, bunu nə baş verdiyini araşdırmadan dostum üçün paylaşdım, buna görə üzr istəyirəm.

- Artıq iki gündür İnstagram səhifəndə flaşmob başlatmısan. Bir az bu barədə danışmağını istərdim.

- İzləyicilərimi Silahlı Qüvvələrin Yardım Fonduna ödəniş etmək üçün motivasiya edirəm. Nə edirəm? 100 manatdan 1000 manata qədər ödəniş edənlər mənə ödəniş çekini yollayır və arzularına uyğun olaraq, adını istəsə adını, şəkilini istəsə şəkilini hekayə bölməmdə paylaşıram. Kimsə 1000 manatdan yuxarı məbləğdə ödəniş edirsə, mən bunu öz profilimdə paylaşıram. Bu həm fiziki şəxslərə aiddir, həm də şirkətlərə. Sevindirici haldır ki, ikinci gün olmasına baxmayaraq flaşmoba qoşulanların sayı xeylidir.

Gallery

- Sonda oxucularımıza çağırışın nədir?

- İndi hamıya məlum oldu ki, düşmən üçün Qarabağ, Tovuz, Gəncə, Beyləqan, Naftalan, Bərdə, Xızı söhbəti yoxdur. Hansısa rayonumuz da daha az şücaətli olduğu üçün işğal olunmayıb. Cəbhədə Azərbaycanın hər yerindən oğullar var. "Bərdə dursa", "Gəncə dursa" söhbətlərini yığışdıraq. Bütün Azərbaycan ayaq üstədir. Yumruq olaq.

Ən pis nə ola bilər? Ölə bilərik? Olsun! Torpağına sahib çıxmayan insan niyə yaşasın ki? O damğayla yaşamaq yaşamaqdır bəyəm?!

Ona görə də hər cür ağır xəbərə, hər cür itkiyə dözməliyik, sınmamalıyıq. Qoy düşmən çaşsın, şok olsun, qorxuya düşsün, anlamasın bizi. Liderimiz var, peşəkar ordumuz var, haqqımız var. Gəlin biz də Koroğlunun dəliləri olaq.

Provokasiyalar çox olacaq. Bombalar da olacaq. Canımızdan da gedəcək. Səhər uşaqlarımı məktəbə, bağçaya aparanda, min dənə şey düşündüm... Bombadır də, Xızıya raket atan düşmən Bakıya da atar. Hazır olmalıyıq? Hazırıq! Böyük düşmənə dirəniş göstərən balaca xalqları xatırlayın. Biz erməniyə dirənməyəcəyiksə, niyə yaşayırıq?

Gallery

news-inner-user
Günel Musa

105 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Vaqifin ortadan qırılan siqareti – Babək Göyüş yazır...
13:01 28 Yanvar 2021
Sevgilisi ilə xanımını 4 ay bir evdə saxladı, yəhudi toyunda hamını ayağa qalxmağa məcbur etdi- Heç kimə bənzəməyən Rəmiş
12:30 28 Yanvar 2021
Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?
11:50 28 Yanvar 2021
Azərbaycanlının evlilik təklifi niyə bayağı alınır?
11:07 28 Yanvar 2021
Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar
10:25 28 Yanvar 2021
Kann Film Festivalı təxirə salındı
10:02 28 Yanvar 2021
Orxan Pamukun romanları Qərbin gizli sifarişidir – Aqşin Yenisey yazır...
09:01 28 Yanvar 2021
“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021