"Don Kixot"un tərcüməçisi vəfat etdi

"Don Kixot"un tərcüməçisi vəfat etdi
17 avqust 2019
# 10:12

BDU-nun professoru, tanınmış alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Pənah Xəlilov 94 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.

Pənah Xəlilov 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb.

"Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilib. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. O, həm də "Don Kixot" romanının tərcüməçisi idi.

# 3847 dəfə oxunub

Oxşar xəbərlər

Həsən Əblucun həyat yoldaşı vəfat etdi

Həsən Əblucun həyat yoldaşı vəfat etdi

23:56 19 iyun 2026
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırıldı

“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırıldı

20:20 19 iyun 2026
"Əbədi uşaq" barəsində  məşhur əsər - "Piter Pen" haqqında maraqlı faktlar

"Əbədi uşaq" barəsində məşhur əsər - "Piter Pen" haqqında maraqlı faktlar

16:30 19 iyun 2026
Dünyanın ən yaşlı heyvanı: 194 yaşlı Conatan "Ginnesin Rekordlar Kitabı"nın rəmzinə çevrildi

Dünyanın ən yaşlı heyvanı: 194 yaşlı Conatan "Ginnesin Rekordlar Kitabı"nın rəmzinə çevrildi

16:00 19 iyun 2026
Motsartın heç kimə məlum olmayan gizli əlyazmaları tapıldı

Motsartın heç kimə məlum olmayan gizli əlyazmaları tapıldı

15:00 19 iyun 2026
“Vətənimdir Azərbaycan!”  layihəsi Şamaxıda

“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda

14:35 19 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər