Yarıçılpaq foto paylaşan qadınların gizli məqsədi

Yarıçılpaq foto paylaşan qadınların gizli məqsədi
25 iyul 2019
# 09:42

Feysbuk artıq həyatımızın bir parçası yox, doğma adamlarımızdan birinə çevrilib. Hər gün bu adamla görüşür, əylənir, üzülür, dərdləşir, sevinirik. Ancaq bu doğma adamın da min cür üzü var. Sektor uşaqları, manıslar, geylər, lezbilər, qaqaşlar, yanıqlar, qlamurlar... Siyahını uzatmaq da olar.

Şəbəkədə gördüyümüz bu qurplara yenisini də əlavə edə bilərik. Çılpaq fotoları ilə diqqət çəkməyə çalışan qadınlar. Çılpaq dedimsə lüt-üryan ağlınıza gəlməsin. Göbəyini göstərən kim, mini yubkada şümal ayaqlarını nümayiş etdirən kim, köynəyinin altından döş gilələri görünən kim...

Ağlınız başqa şeylərə getməsin. Sözümün canı bu deyil. Bir də ki, lap olsa nə olar? Post dünyada yaşamırıq? Yeri gəlsə, kimsə lüt fotosunu da paylaşa bilər. Təbii, bizim cəmiyyət ənənəçi, mental dəyərlərə az qala Allah kimi baxır. Adət ənənələri tabulaşdırır, heykəlləşdirir, toxunulmaz edir.

Çılpaq fotolu qadınlara ən çox kim qıcıq olar? Bir dəqiqə düşünüm. Aha, tapdım. Həmcinsləri. Qadın qadını həmişə qısqanır. Qadınların bəzənib-düzənməyinin, makyaj etməyinin səbəbi kişilərdi? Əsla! Bu da qadınlar üçündür. Ən intellektual qadın belə həmkarı ilə gizli rəqabət aparır.

Sözsüz ki, çılpaq qadınlar cəzbedici bədənləri ilə həm də kişilərə çağırış edir. Onların ağızlarını sulandırır. Götürüb, mesaj bölməsinə yazır ki, xanım, bəlkə tanış olaq, çox gözəlsiniz. Qadın da onun yazdıqlarını “skrin” edib profilində yayır. Bizim başbilən cəmiyyətimiz də düşür kişinin üstünə. Ona müxtəlif adlar qoşur: yanıq, namussuz, tərbiyəsiz...

Başa düşmürəm ki, bu qadınların istəkləri, məqsədləri nədir. Froydu məzarından oyatsaq da xeyri olmayacaq. Oyansa da qadın sözünü eşidib təzədən başını məzara basdırar. Çılpaq foto paylaşırsan, nə gözəl, paylaş. Səninlə tanış olmaq istəyən birini daha niyə el-aləm içində rüsvay edəsən?! Dərdin nədir? Fotoda baxan, qımışan gözlərin gəl-gəl deyir. Sonrası da nankorluq.

Mən demirəm ki, bu qızlar hər kəslə tanış olsun. Qətiyyən. Sadəcə təhrikedici şəkil paylaşırlarsa, inboks yazılarını da nəzər alsınlar. Qədərindən artıq narahat edən olsa, Markın çox demokratik imkanları var, atırsan bloka, çıxıb-gedir işinə! Daha kiminsə hayıfını bu zavallıdan almaqla ağır günaha batmırsan.

Bir də ki, nə olur-olsun şəxsi söhbəti ictimailəşdirmək, yumşaq desək, nəzakətsizlikdir.

Neyləyək, belə qadınlar var və həmişə olacaq. Görünür, onların ayaqları, gözləri və döşləri zəkalarından daha öndədir. Onların yerinə olsam, acığa, əlimdə kitab çılpaq foto paylaşaram. 10 kişidən üçü mütləq o kitabla maraqlanacaq. Necə ki, illər öncə Merlin Monronun Coysun “Ulis” romanı ilə şəkil çəkdirmişdi...

Qadınlar, rica edirəm, gözəlliyinizlə asayişi pozmayın!

# 4569 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #