Fərid Hüseyndən Şəhriyara cavab: “Yenilikçiliyə ehtiyac duymadığımızdan...”

Fərid Hüseyndən Şəhriyara cavab: <span style="color:red;">“Yenilikçiliyə ehtiyac duymadığımızdan...”
25 mart 2019
# 12:50

Tale dostum Şəhriyar Del Geraninin "Ey mətbuat, Mirzə Cəlilə gəlin" sayaq harayını və həmin haray içrə "Kaspi"nin də adını çəkməsini doğru hesab etmirəm. Dostumun xarakterinə yaxşı bələd olduğumdan bu polemikanı bir az da "Publisistik, yaxud Polemik Darıxmaq" hesab edirəm. Yəni şair poetik darıxmaqdan publisistik darıxmağa keçib və diqqəti də ora çəkmək istəyir. Olsun, neynək, bu da bir yenilikdi. Amma Mirzə Cəlillə bağlı polemikaya, müzakirəyə ən çox töhfə verən biz - artkaspi.az olub. Bəli, ən çox. Bu il artkaspi.az saytında mənim apardığım "Sevdiyin əsər " layihəsində Cəlil Məmmədquluzadənin aşağıdakı əsərləri geniş müzakirə olunub:

1. Akademik İsa Həbibbəyli "Anamın kitabı" əsəri

2. AMEA-nın müxbir üzvü Kamran Əliyev "Poçt qutusu" hekayəsi

3. Akademik Muxtar İmanov "Ölülər" tragi-komediyası

4. Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Usta Zeynal" hekayəsi

5. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu "Danabaş kəndinin əhvalatları" povesti

6. Yazıçı Elçin Hüseynbəyli "Danabaş kəndinin məktəbi" hekayəsi

7. Yazıçı Şərif Ağayar "Usta Zeynal" hekayəsi

Bu siyahıya Vilayət Quliyev də əlavə olunacaq. Qeyd edim ki, həmin layihədən müsahibələr bu il ayrıca kitab kimi nəşr ediləcək. Bundan başqa Hamid Herisçinin müzakirədə adını çəkdiyi Yekatirina Qabaşvilinin "Maqdananın Lurcası" əsərini o debatdan 2 ay öncə artkaspi.az sifariş edib dilimizə çevirtdirib. Yayımlamışıq ki, "Danabaş kəndinin əhvalatı" ilə bağlı oxucular müqayisə apara bilsinlər. Hələ "Kaspi" qəzetinin Ədəbiyyat əlavəsində neçə-neçə tədqiqatçının Cəlil Məmmədquluzadə ilə bağlı məqalələri yayımlanıb. Özüm "Cəlil Məmmədquluzadənin tapançası" adlı məqalə yazmışam və Asanradioda Mirzə Cəlil barədə xüsusi verlişdə iştirak etmişəm. Bu, hələlik, gördüyümüz işlər.

Polemikanı isə yeni düşüncə məhsulu hesab etmirəm. Çünki Həmid Herisçinin illər əvvəl Azadlıq radisonuna verdiyi video-müsahibədə alternativ fikirlərin hamısını demişdi. Bu gün Mirzə Cəlilin ittiham olunduğu "anekdot ovqatı", "xalqda natamamlıq kompleksi yaratması", "nihilizm təlqini" və sair bu tipli ittihamlar hamısı o yığcam müsahibədə vardı. Yarımfabrikat yenilikçiliyə ehtiyac duymadığımızdan bu gün deyilənləri o vaxtki polemikanın zəif təkrarı adlandırmaq olar. Azadlıq Radiosu bağlanıb, hə, amma yaddaşım bağlanmayıb axı - xatırlayıram. Yenə də əlavə maraqlı fikir olsa, artkaspi.az olaraq yayımlamağa hazırıq. Demirəm Həmid ağa o vaxt bunları deyib, daha heç kəs müzakirə etməsin, Edək, danışaq. sadəcə "əzizi ölmüşə şüvən öyrətməyək". Belə...

# 4033 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər