Tanınmış şair mediaya səsləndi: “Ləyaqətiniz olsun!”

<b>Tanınmış şair mediaya səsləndi: <span style="color:red;">“Ləyaqətiniz olsun!” </b>
25 mart 2019
# 08:22

“Zəhmət çəkin, qazandığınız pulların əvəzini ödəyin xalqa, vicdanınız, ləyaqətiniz olsun!”

Bu sözləri Kulis.aza açıqlamasında tanınmış şair Şəhriyar del Gerani “Mirzə Cəlil polemikası”na yer verməyən və ümumiyyətlə elmi, ədəbi debatlara yer verməyən mediaya səslənərək söyləyib.

Daha sonra şair bu məsələ ilə bağlı konkret təkliflər verib:

“Şükür, texnologiya imkan verir, təklif edirəm silsilə debatlar təşkil edilsin, sözümüzü deyək, canlı polemikamızı edək. Canlı debatlar üçün şərait yaradın, xahiş edirəm! Yoxsa, dıydıq adamlar hərəsi bir yerdə bir yazılı mühakimə yürüdür, özündən alim, professor uydurur. Gəlsinlər canlı, diri söhbətlərə, görək, nə oxuyublar, nə yaşayıblar, ümumiyyətlə, nə istəyirlər? Konkret olaraq, "Molla Nəsrəddin"in, Mirzə Cəlilin fəaliyyəti üzərindən nə deyə bilirlər? Nəyi uyğun görürlər çağdaş Azərbaycan gəncliyi üçün?”

Şəhriyar del Gerani fikrini davam etdirərək konkret adlar da çəkib:

“Agalar Qut, Miyazi Mehdi, Rüstəm Behrudi, Qulu Məhərrəmli, Səfər Alışarlı, Saday Budaqlı, Etimad Başkeçid, Azər Turan, fəlsəfi tənqidçilər - Cavanşir Yusifli, İradə Musayeva, Əsəd Cahangir, Müşfiq Şükürov, şairlərdən Vaqif Bayatlı, Ramiz Rövşən, Həmid Herisçi, Salam Sarvan, Xanəmir Telmanoğlu, Aqşin Yenisey, Qismət, Fərid Hüseyn və sairələrini çağırın, danışaq. Yalandan ömrü günə verməyin. Təklif edirəm, bir az ciddi, bir az da ayıq olaq.”

# 4422 dəfə oxunub

Oxşar xəbərlər

Çexovun "Qağayı" əsəri əsasında anime hazırlanır

Çexovun "Qağayı" əsəri əsasında anime hazırlanır

11:50 17 sentyabr 2025
Dəfninə heç kimin getmədiyi Səməd Səmədov kimdir?

Dəfninə heç kimin getmədiyi Səməd Səmədov kimdir?

11:30 17 sentyabr 2025
99 yaşlı aktrisa vəfat etdi

99 yaşlı aktrisa vəfat etdi

11:00 17 sentyabr 2025
Qaranlıq yuxuların yuvası: Rejissor Devid Linçin evi satışa çıxarıldı

Qaranlıq yuxuların yuvası: Rejissor Devid Linçin evi satışa çıxarıldı

10:55 17 sentyabr 2025
"Kəndimizə gedən yol":  Neftçaladan videoreportaj

"Kəndimizə gedən yol": Neftçaladan videoreportaj

10:40 17 sentyabr 2025
Mir Cəfər Bağırov təmizləmə siyasətini müstəsna qəddarlıqla həyata keçirirdi - ELÇİN

Mir Cəfər Bağırov təmizləmə siyasətini müstəsna qəddarlıqla həyata keçirirdi - ELÇİN

10:30 17 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər