writer1

Könül Cəfərli

Məqalə sayı

68
clock12:31 calendar-gray 14 May 2018 view-gray338 dəfə oxunub
view-gray338 dəfə oxunub

Fahişələrimizi ərəblərə qısqanan “qeyrətlilər”

Könül Cəfərli

Sosial şəbəkədə ərəb turistlərin bizim qızlarla intim sövdələşməyinə dair video qarşıma çıxdı. Gözdən iraq, tənha yerdə deyil, çox adamın var-gəl etdiyi mərkəzi küçələrin birində çəkilmişdi. Əvvəl qız ha çalışsa da müştərisini başa sala bilmədi. Sonra kənardan daha 2 fahişə yardıma gəldi, sınıq-sökük ingilis cümlələri ilə bir təhər anlaşma baş tutdu. “Cinsi” alver uzaqdan aydın eşidilirdi. Nə isə, sözüm onların “ticarət”i deyil. Bütün dövrlərdə və cəmiyyətlərdə fahişələr olub, olacaq da.

Mənim diqqətimi videonun altında yazılmış rəylər cəlb etdi. Həmvətənlərimiz qızları fahişə olduqlarına görə deyil, məhz ərəblərə “xidmət” göstərdikləri üçün qınayır, söyürdülər. Rəylərdən birini abıra salıb, təqdim edirəm: “Kül başımıza, ərəb gəlib bizim qızlarla min oyundan çıxır. Qeyrətimiz hardadır?”

200-dən çox izləyici videoya fikir bildirmişdi. Hamısı da müştərilərin ərəb olmasından hiddətlənirdi. Qəribədir, deyilmi? Bu qızlar onsuz da əxlaqsızlıqla məşğuldur, çörəkləri bədənlərini satmaqla çıxır. Onlar üçün müştərinin kimliyi, milli mənsubiyyəti, şəxsiyyətinin nə önəmi var? Ümumiyyətlə, bunların fahişə üçün əhəmiyyət olmalıdırmı? Bədənini hərraca çıxaran qadına görə pul ödəyən hər kəs onun müştərisidir, istər yerli kişi olsun, istərsə də ərəb. Əməl və nəticə eynidirsə, şəxsin əcnəbi olmağı nəyi dəyişir ki? Guya ki, özünüz pul verib bədənini satın alanda ayıb olmur? Yaxud da “klient”in ərəb olması daha böyük əxlaqsızlıqdır?

Yox, cənablar, yanılırsınız. Burada problem və hədəf fahişəlikdir. Fərq etməz, pulu kim ödəyir. Qadın bədənini satışa çıxardığı ilk andan ləyaqətini itirir. Ona görə narahat olmayın, həmin qadınlarda ərəbin kirləndirəcəyi namus onsuz da qalmayıb. Boş yerə qonaqlara söyməyin, o qızlar gündəlik işini görür, pulunu qazanır, üstəlik turist sizdən çox ödəyir.

Yolumun üstündə bir avtobus dayanacağı var. Hava qaralan kimi fahişələrlə dolu olur. Onların əlindən dayanacağa yaxın düşə bilmirik, yan-yörəsi “alver” qaynayır. Özü də qulağımız eşidə-eşidə açıq şəkildə sövdələşirlər. Ərəblərlə yox ha, yerli kişilərlə. “Atamın goru 30 manatdan 1 qəpik də aşağı olmaz”-deyən xalanı artıq üzdən tanıyırıq, gündüzlər də o tərəflərdə fırlanır.

Dediyim odur ki, belə namuspərəstsinizsə, heç özünüz də həmin qadınlara yaxın getməyin, o qızların satdığını ərəblərdən əvvəl siz almayın. Necə bir ərəbin yanında görmək qeyrətinizi incidir, özünüz də maşına mindirməyin, namusunuz götürməsin.

Həm də fahişəlik təktərəfli fəaliyyət deyil. Çirklənən yalnız qadınların əxlaqı deyil, siz də bulaşırsınız. Bədəni satın almaq satmaqla bir mahiyyətdədir. Əməl olaraq, hər ikisi eyni günah və əxlaqsızlıqdır. Bunu bizim qızlara nə ərəb etsin, nə də siz!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18:56 18 Fevral 2020
15 yaşlı aktrisa dünyasını dəyişdi
18:50 18 Fevral 2020
Yeni sevgilisi ilə yataq otağımda görüşdülər – Cəlil Cavanşir yazır 18+
18:12 18 Fevral 2020
İblis içimizdə ölən Allahdı - "Hz. İsanın Quranı" haqda
17:38 18 Fevral 2020
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
17:00 18 Fevral 2020
"Ulutürkün Təbrizi" filmi təqdim olunacaq
16:22 18 Fevral 2020
Cem Yılmaz evlənir
15:48 18 Fevral 2020
Ermənilərin oğurladığı müasir mahnılarımız - Siyahı - Video
14:56 18 Fevral 2020
Aktrisadan müğənni Elnarəyə sərt sözlər: "Belə küftəbaşlar..."
14:05 18 Fevral 2020
Xalq artistimiz Avstriyada mükafata layiq görüldü
13:26 18 Fevral 2020
Azərbaycan filmi beynəlxalq festivalın qalibi oldu
12:49 18 Fevral 2020
Məscidə it bağlayan Mirpaşa həyatda namaz qılırdı
12:10 18 Fevral 2020
Məşhur iranlı drijor Musiqili Teatrda
11:40 18 Fevral 2020
Din insanı necə oğurlayır? – Filosof yazır...
11:15 18 Fevral 2020
Keçmiş sevgilisi Hollivud ulduzlarının terapevtini öldürdü
10:39 18 Fevral 2020
Rasim Qaraca 60 yaşını qeyd edir
10:17 18 Fevral 2020
Bu çayın suyu lilli... - İsi Məlikzadənin hekayəsi
08:55 18 Fevral 2020
Son anda adı dəyişən 10 şedevr roman
21:00 17 Fevral 2020
Kukla Teatrında fiziki məhdudiyyətli uşaqların iştirakı ilə tamaşa olacaq
19:27 17 Fevral 2020
Mərhum müğənni "konsert verəcək"
18:45 17 Fevral 2020