news-inner
clock15:30 calendar-gray 03 Oktyabr 2017 view-gray110 dəfə oxunub
view-gray110 dəfə oxunub

Ağzımda insan qolu, küçəylə qaçırdım – MODERN TÜRK HEKAYƏSİ

Kulis.az tanınmış türk yazar, gercekedebiyat.com saytının yaradıcısı və redaktoru Ahmet Yıldızın “İt” hekayəsini təqdim edir.

Bu yola çıxan bizlərik

Georgi Səfəris*

Bura bərbərxananın yanıdır – oynamağı sevmədiyim dar küçənin kənarından bəlkə sidik qoxusu gəlirdi, amma bir az kəsə getmək üçün daha yaxşıydı. Payızdı. Qarnımın bir yanını torpağa, o birini günə vermişdim. Neçə gündür yağan yağışdan sonra gözəl bir gün çıxıb. O qutsal istiliyi biz də bilirik, bəlkə də kimsə bizim qədər bilməz qiymətini – oynaqlarım, tüklərimin dibi bu enerjini özünə yığır zaman-zaman. Qarnım – əslində sabahdan boşdur – o istiylə və işıqla yumşalır və təzələnir. Gözümün biri açıq, çünki bilirəm, oyun çıxardan o yaramaz uşaq buralardan keçər və əlindəki dəmir çənbərlə yenə məni vura bilər. Amma səsləri uzaqda, digər küçədən gəlir, indi top qovurlar.

Gözətçi Mahmud bərbərdə saçını düzəltdirir. Evlərdən televizorların səsi gəlir. O qutuya daha çox qadınlar bağlanır, artıq qapıların önünə çıxmırlar; nəyimə lazım, mənim üçün belə də yaxşıdır. Günəş tutan yerlər mənə qaldı. Yenə də tək gözümü açmalıyam. Arxayınlaşmaq olmaz. O çənbərli uşaq... Amma aclıq qarnımı gəmirməyə başladı. Oraya, həbsxananın yaxınlığındakı zibilliyə axşamdan qalan artıq-urtuq tökülənə qədər səbir etməliyəm... Ya səbir...

Anam öyrətmişdi. Əslində, çox arsız və tənbəldim, bir sözünü də dinləmədim. Zavallı anam! Harada olduğunu belə bilmirəm. Pis xatirələrə dalmaq nəyə lazım? İndi acam, qarnım quruldayır. Ağıllı olmalıyam, amma bu gurultu səsilə – çənbərli uşaq olmasa da – yatmaq həqiqətən çətindir. Həbsxanada iki gündür qəribə gurultu səsi eşidilir. O qorxunc partapart, texnika səsləri; elə bir divarı dağıdacaqlar. Gün axşam oldu, səhərdən o zibilliyə yeyiləsi qır-qırıntı tökmədilər. Orda yemək yemirlərmi? Məhəllənin zibilliyi isə gün keçdikcə yoxsullaşdı və qurudu. Kimsə tək bir sümük parçası belə atmır zibilliyə. Keçən həftə dibində yatdığım pəncərədən duydum istər-istəməz – içəridə danışırdı qadınlar. O sümükləri də qaynadıb şorba bişirirmişlər. Qaynadılmış sümüyün xeyrimi olurmuş! Məhəllənin zibilliyinə qalsa, çoxdan ölmüşdüm acından. Amma bu həbsxana da iki gündür həqiqətən zibilini çıxardıb... Gedim yeni zibilliklərmi axtarıb tapım? Yaxşıca tənbəlləşdirmişdi bura məni...

Anam da zatən tənbəlin biri olduğumu deyib durardı. Tənbəl pişiklər kimi dörd ayaq üstdə durandan həbsxana zibilliyini tutdun deyə söyləmişdi bir kərəsində; açıq qəhvəyi çaqqal gözü kimi gözlərini pişiklərdən söz salanda qıyardı.

Doğulanda digər qardaş-bacılarımla oynamaqdan belə usanmışdım. İstəməyərək anamın kürəyindən atlayıb qardaşlarımın didişərək oynamalarına fikir vermədən başımı aşağı salaraq məlul-məlul onlara baxarmışam. Ana belədir! Bəlkə də bilərəkdən gətirdi məni bura. “Bu tənbəlliklə ancaq həbsxananın dolu zibilliyi ilə yaşamını sürdürə bilər oğlum” deyə düşünmüşdür. Hər nəysə. İndi gerçəkdən acından elə bil qarnımın içini qazırlar. Həbsxanadan gələn qaynaşma, gurultu, bağırtı-çığırtı səsləri də kəsildi zatən. Gedib yeməkçün nəsə tapmalıyam. Dayan görüm, bir iyləyim...

Zibillikdə deyəsən nəsə var kimi gəldi mənə. Qəribə qoxuların – barıt və mazut qoxusunun içindən seçdim o qoxunu.

Sallama yerişlə heç fərq etdirmədən bərbərxananın olduğu yerdən başım irəlidə, öyündüyüm süslənmiş quyruğumu rahat tərpədərək səssizcə buruldum. (Digər dost-aşnadan yaşayanı qalmadı. Hamısı zəhərləndilər. Tənbəlliyim ucbatından zəhərli ətləri qapışdırma davasına qatılmadığım üçün sağ qaldım mən!)

Qəhvəxananın önündən keçməyə məcburam. Hamısı zərərsizdilər. Çoxu siqaret çəkir, çay içir. Çardağın altından gələn nərd şaqqıltısını da duydum. Bir avtomobil keçdi heç əyləcə basmadan. Yol dardır, amma məndən ziyan gəlməz. Bir qırağa çəkilib boynumu bükdüm; mənim varlığımı görməzdən gələn – ah, həmişə belə olur – sürücüyə gözlərimi dikərək keçməsini gözlədim.

Qoxu həqiqətən qəribəydi. Digər ayrı qoxular ucundan yanıla biləcəyimi sanırdım, amma belə deyil. Bu, mənim kimi bir tənbəl qəssab köməkçisinin başdansovdu sıyırdığı dana sümüyü, ya da davar qabırğası, yeməkdən sonra artıq qalmış damarlı bölgə, ya da bulğur plovuna hiss olunmadan düşmüş bir siçan ölüsü, yaxud iylənmiş toyuq-filan deyil. Başqa bir şey bu.

Amma qoxunu tanıyıram; bir ət iyidir! Nə? İndi çıxarmıram. Yaxınlaşmıram. Burnumla toxunum gərək. Maraq məni bürüdü açığı.

Yanmış parça qırığı, çarşaf, pal-paltar; üstəlik, islanmış və iyrənc! Yenə yeyiləsi bir şey yox! Amma o qarışığın arasındakı qoxu hələ də gəlir axı... Bu bir şans. Burnumla qurum və yanıq qoxusuna fikir vermədən aşağılara soxuluram. Orda nəsə tapdım və yaxşıca tutub çəkdim. Elə o an tanıdım. Daha öncə də dişləmişdim çünki. Buraya, mənim zibilliyimə dadanan qapqara sifətli, özü də zibillikdən seçilməyən, mənim zibilliyimdən nəsə çırpışdırmağa çalışan o hərifin qolunu!

Bəli, bir insan qoludur bu! Çiyinlə dirsək arasından qopmuş. Qan axmır, amma hələ isti kimidir. Doğrusunu söyləmək gərəkdir: əzəlki halından bir qədər bərkdir. Qopuq yerə yaxın hissədən tutmuşam ağzımla. Mən qaçarkən əl aşağı-yuxarı yellənməyə başladı. Çünki nə edəcəyimi bilmədən axmaqcasına küçənin ortasıyla tərsinə götürülmüşəm. İçimdən gəlmədiyi üçün yemək istəmədim. Ürəyim qalxdı desəm, yeridir, içimdə ikrah hissi vardı çünki. Orada boş sahədə gizlənmək istədim. Bir kənara qoyub pəncəmlə torpağı eşməyə başladım. Amma birdən – niyəsini anlamadım – vaz keçib ağzıma aldım, məhəlləyə doğru yönəldim. Aclıq-filan yadımdan çıxmışdı. Məni görsünlər, bu qolu görsünlər – belə bir duyğu vardı içimdə.

Qəhvəxananın içindən keçərkən gördülər məni. Qəsdən yavaşıyaraq yanlarından ötdüm. Üzlərini turşudararaq ayağa qalxıb nələrsə söylədilər. Mən isə guya heç nədən xəbərsiz kimi ayaqlarımı aralı qoya-qoya gedirəm. Əslində, etdiyim anamın öyrətdiyinin əksinəydi, qaydaları pozmanın ən üst hissəsi idi. Amma nədəndir bilmirəm: ağzımdakının hər kəsin görməsini istəyərək axmaqcasına yürüyürəm. Gözətçi Mahmud bərbərxanadan çıxaraq qəhvəxanaya doğru gedir. Ağzımda qolu gördü. Sonra mənə “Burax onu, at yerə!” deyərək heç alışmadığım yumşaq, hətta sayğılı bir səslə bağırdı. Qəhvəxanaya doğru yüyürdü. Ordakılara nələrsə söylədi. Bu dəfə bağırışaraq mənə doğru qaçmağa başladılar.

***

Nərd oynayanlardan dəmiryolunda təqaüdə çıxan birisi quyruğunu ayaqlarının arasına qısaraq ağzında sallanan bir insan qoluyla uzaqlaşmaqda olan iti gözətçi Mahmuda göstərərək:

– Bir insan qoluydu Çomarın ağzındakı. Sən də gördünmü, Mahmud? – deyə bağırdı.

– Hə! Elədir! Dünənki üsyanda maşının qapısıyla qoparılan qoldu bu!

– Vay, anam! – dedi təqaüdçü. – Tez yaxalayın, buraxsın ağzındakını, günahdır!

– Tez, - dedi gözətçi Mahmud.

Hamı birlikdə Çomarın ardınca qaçmağa başladı.

***

Qolu artıq incitməməyə çalışaraq üsulluca divarın dibinə qoydum. Azı dişlərimin qoyduğu iz yerlərindən çıxan kiçik, qara qan damcılarını gördüm ən sonda. Quyruğumu yenə ayaqlarımın arasına qısaraq başım öndə, düşüncəli bir görkəmdə məhəllənin dərinliklərinə doğru çənbər-filan çevirən uşaqları fikirləşmədən getdim. Orada öz-özümə söz verdim: acından ölsəm belə, bir daha həbsxananın zibilliyindən tək bir loxma da yeməyəcəm!

(Həbsxanada iş dəzgahıyla qolu qoparılan Vəli Saçılığa ithaf olunur).\

Çevirdi: Azad Qaradərəli

*Georgi Səfəris – yunan şairi, Nobel mükafatçısı.

Görüntünün olası içeriği: 1 kişi, gözlük

news-inner-user

14373 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - Video-söhbət
21:00 24 Fevral 2020
"Mirzə Cəlilin Azərbaycanı" filminin təqdimatı olacaq
18:53 24 Fevral 2020
Həqiqət niyə kor olsun ki? - Aydın Talıbzadə yazır
18:20 24 Fevral 2020
Səməd Vurğunu intihardan qurtaran Abdulla Şaiq – Maraqlı faktlar
17:45 24 Fevral 2020
Animasiya filmində homoseksual obraz
17:06 24 Fevral 2020
Şuşa Teatrında yeni tamaşa olacaq
16:25 24 Fevral 2020
Elçinin növbəti tamaşasının premyerası olacaq
15:41 24 Fevral 2020
Tarantino 56 yaşında ata oldu
15:04 24 Fevral 2020
Damla: “İndiki ağlım olsa, ailəm dağılmazdı” – Müsahibə
14:25 24 Fevral 2020
“Kaspi nəşrləri”ndən yeni kitab
13:58 24 Fevral 2020
Şah Matda “İstehkam” olacaq
13:20 24 Fevral 2020
Məşhur aktyor evində ölü tapıldı
12:41 24 Fevral 2020
Tövbəçi - Seymur Baycanın yeni hekayəsi
12:03 24 Fevral 2020
Harda ki, mən varam, sən yoxsan - Səhər Əhməddən yeni şeir
11:33 24 Fevral 2020
Gənc şairi ölümlə hədələdilər
10:50 24 Fevral 2020
Erkən nikah problemlərinə həsr olunan sərgi açılacaq
10:30 24 Fevral 2020
Çirkabı üst-başına yaxır – Cəlil Cavanşiri sərt tənqid etdilər
10:01 24 Fevral 2020
100 yaşlı şair: “Xəlil Rza məndən 5 qəpik istədi” – Müsahibə
09:00 24 Fevral 2020
Əməliyyatdan çıxan aktyor danışdı: “Özümü yaxşı hiss edirəm”
12:10 23 Fevral 2020
İvanın uşaqlığı - Yeni hekayə
17:02 22 Fevral 2020